Tramp qaçqınlarla bağlı daha bir göstəriş verdi

Tramp qaçqınlarla bağlı daha bir göstəriş verdi
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ prezidenti Donald Tramp qaçqınların ölkəyə qəbulu proqramının daha da sərtləşdirilməsinə dair göstəriş verib.  

“A24.az”ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, D.Tramp bu barədə “Twitter” hesabında bildirib. Müvafiq tapşırıq Daxili Təhlükəsizlik Nazirliyinə verilib.

D.Tramp bu addımın Nyu-Yorkdakı terror aktı ilə əlaqəli olub-olmadığına dair heç bir açıqlama verməyib.

Qeyd edək ki,  Donald Tramp bir neçə gün əvvəl qaçqınların qəbulunun bərpa edilməsi haqqında fərman imzalayıb.

Fərman qaçqınların qəbuluna tətbiq edilən 120 günlük qadağanı  ləğv edib,  lakin 11 ölkədən qaçqınların qəbuluna 90 günlük əlavə məhdudiyyətlərin tətbiq edilməsini nəzərdə tutub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar