Tramp Şimali Koreya ilə bağlı MÜSBƏT MESAJ verdi

Tramp Şimali Koreya ilə bağlı MÜSBƏT MESAJ verdi
Want create site? Find Free WordPress Themes and plugins.

“Əgər 2017-ci ilədək Şimali Koreya ilə müharibə təhlükəsi vardısa, hazırda bu ölkə ilə münasibətlərimizdə xeyli irəliləyiş əldə edilib”. 

“A24.Az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ prezidenti Donald Tramp bildirib.

“Üç gün əvvəl Kim Çen Indan gözəl bir məktub almışam. Şimali Koreyaya dair möhtəşəm irəliləyişə can atırıq. Mən prezident olana qədər bütün gedişat Şimali Koreya ilə müharibəyə doğru idi, indi isə belə bir nailiyyət… Münasibətlərimiz çox yaxşıdır”, – o vurğulayıb.

D.Tramp deyib ki, Şimali Koreya artıq nüvə və raket sınaqları keçirmir: “ABŞ vətəndaşlarını və 1950-ci illərdəki müharibə zamanı ölən amerikalı hərbçilərin cənazələrini ölkələrinə qaytarıb”.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar