Tramp və ailəsi barədə cinayət işi açıldı

Tramp və ailəsi barədə cinayət işi açıldı
Want create site? Find Free WordPress Themes and plugins.
Nyu-York baş prokurorluğunda ABŞ preidenti Donald Tramp, ailəsi və Tramp Xeyriyyə Cəmiyyəti barədə cinayət işi açılıb.
“A24.az” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Vəqfi 2016-cı ildə keçirilən prezident seçkiləri zamanı qanunları pozmaqda ittiham edilir.
Nyu-York baş prokuroru Barbara Andervud verdiyi açıqlamada Trampın vəqfin adından istifadə edərən yardım üçün toplanan vəsaiti özünün seçki kampaniyasını dəstəkləmək üçün istifadə etdiyini iddia edib.
Tramp barəsində irəli sürülən iddiaya özünün şəxsi Twitter hesabında münasibət bildirib. O, özünə, ailəsinə və vəqfə qarşı iddia qaldıranları əxlaqsız adlandırıb:
“Əxlaqsız Nyu-York demokratları və gözdən düşmüş Erik Şneyderman vəqflə bağlı mənə qarşı dava açmaq üçün əllərindən gələni edirlər”.
Tramp vəqfə 18 milyon 800 min dollar yardım bağışlanıldığını, lakin vəqfin toplanılan vəsaitdən daha çox, 19 milyon 200 min dollar yardım etdiyini vurğulayaraq, sona qədər mübarizə aparacağını bildirib.
Qaynarinfo.az
Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar