Trampın qızı biznesindən ayrılır: “Atam prezident oldu və mən…”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qızı İvanka biznesdən müvəqqəti gedəcəyini açıqlayıb.

“A24.az”ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə İvanka Tramp öz “Facebook” səhifəsində yazıb.

İvanka Tramp qeyd edib ki, Donald Tramp ABŞ prezidenti vəzifəsini icra etməyə başlayandan sonra o, geyim və aksessuar şirkətindən müvəqqəti olaraq ayrılacaq, şirkətin idarəolunmasında iştirak etməyəcək.

Qeyd edək ki, Donald Tramp yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonra ABŞ prezidenti kimi fəaliyyətə başlayacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR