Trampın “tweet”inə fləşmobla cavab verildi

Trampın “tweet”inə fləşmobla cavab verildi
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ prezidenti Donald Trampın “tweet”indən sonra “Twitter” istifadəçiləri seksual zorakılıqların qurbanlarına dəstək fləşmobuna start veriblər.

A24.Az xəbər verir ki, daha öncə Amerika lideri Blezi Ford tərəfindən zorlamada ittiham edilən hakim Brett Kavanoya dəstəyini ifadə edib.

Qadın iddia edir ki, hadisə 1980-ci illərdə baş verib. Tramp Fordu zorlamadan dərhal sonra polisə müraciət etməməkdə günahlandırıb.

“Fordun iddia etdiyi kimi hər şey ciddi olsaydı, şübhə etmirəm ki, o və ya valideynləri dərhal polisə müraciət edərdilər. Mən Kavanonu yaxşı insan kimi tanıyıram”, – Tramp yazıb.

Bundan sonra “Twitter” istifadəçiləri #WhyIDidntReport (Mən nə üçün məlumat vermədim) həştəqi ilə özləri yaşadıqları hadisələr və nə üçün dərhal polisə müraciət etməmələri barədə söz açıblar.

Hazırda bu həştəqlə müxtəlif dillərdə minlərlə əhvalat dərc olunub.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar