Tunis və Mərakeş yığmaları DÇ-2018-ə vəsiqə qazandı

Tunis və Mərakeş yığmaları DÇ-2018-ə vəsiqə qazandı
Want create site? Find Free WordPress Themes and plugins.

 Tunis və Mərakeş yığmaları Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatı – 2018-ə vəsiqə qazanıb.

A24.Az “Report”a istinadən xəbər verir ki, Tunis millisi Afrika qitəsi üzrə keçirilən təsnifat mərhələsinin 6-cı turunda Liviya ilə heç-heçə edib və “A” qrupunun turnir cədvəlində Konqo Demokratik Respublikası üçün əlçatmaz olub.

Rades şəhərində keçirilən görüş 0:0 hesabı ilə başa çatıb.

Mərakeş yığması isə “C” qrupunda Fildişi Sahilinə qalib gəlib. Abicanda baş tutan matç 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

DÇ-2018 – Afrika. A Qrupu. 6-cı tur

Tunis – Liviya – 0:0

DÇ-2018 – Afrika. C Qrupu. 6-cı tur

Fildişi Sahili – Mərakeş – 0:2

0:1 – Dirar – 25, 0:2 – Benatia – 30

Mərakeş yığması 1998, Tunis isə 2006-cı ildən bu yana dünya çempionatlarında iştirak etmir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar