Tunisli imamlar müsəlmanlara xəbərdarlıq etdi: Həccə getməyin!

Tunisli imamlar müsəlmanlara xəbərdarlıq etdi: Həccə getməyin!
Want create site? Find Free WordPress Themes and plugins.

Tunisli İmamlar Birliyi Həcc üçün ödənilən pulların Səudiyyə Ərəbistanı tərəfindən müsəlman ölkələrə qarşı başladılan müharibələr üçün istifadə olunduğunu iddia edərək müsəlmanlara “həccə getməyin” xəbərdarlığını edib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, Tunisli İmamlar Birliyi Tunis Respublikası Baş Müftisinə çağırış edib.

Çağırışında bildirib ki, bu il həcc ziyarətini tamamlamaq üçün hazırlanan müsəlmanlar bu məsələdə məcbur edilməsin. Buna səbəb olaraq Həcc ibadətinə xərclənəcək məbləğin çox yüksək olması və Həcc üçün ödənilən pulların Səudiyyə Ərəbistanı tərəfindən Suriya və Yəmən kimi ölkələrə qarşı başladılan müharibələrdə istifadə edilməsi göstərilib.

Tunisli İmamlar Birliyinin sədri Fadhel Ashour bu pulların Tunis xalqının vəziyyətini yaxşılaşdırmaq üçün istifadə edilməsinin daha faydalı olduğunu qeyd edib.

Tunis Diyanət İşləri naziri Ahmed Adhoum isə bu il 236 min nəfərin Həcc ziyarəti üçün müraciət etdiyini bildirib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, Dünya, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar