Türk dilində danışmaq qadağandır!

Türk dilində danışmaq qadağandır!
Want create site? Find Free WordPress Themes and plugins.

BosphorusBridge_web-590x290Ana dilinə görə cəza verildi

“A24.az” saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bolqarıstanda üzvlərinin əksəriyyəti türklər olan müxalifətdəki «Haqq və Azadlıqlar Hərəkatı»nın lideri Lütvi Məstan, türk dilində danışdığına görə maddi cəzaya məruz qaldığını bildirdi.

Məstan sonuncu seçki kampaniyasında türk dilində danışdığına görə Sliven Bölgə Valiliyinə 500 leva (250 avro) maddi cəza ödəmək məcburiyyətində qaldığını qeyd etdi. O, dedi: “Ana dilimdə danışdığıma görə maddi cəza verdilər. Haqlarımı Avropa İnsan Haqları Məhkəməsindən tələb edəcəyəm”.

«Haqq və Azadlıqlar Hərəkatı» adından parlamentdə bildiriş oxuyan Məstan, seçki qanununda seçki kampaniyası əsnasında ölkənin rəsmi dili olan yalnız bolqar dilinin istifadə edilməsinə icazə verildiyini xatırlatdı. Lütvi Məstan fikirlərini belə bildirdi: “Bolqarıstanın Avropa Birliyi üzvlüyünün səkkizinci ilində «Haqq və Azadlıqlar Hərəkatı» kimi parlamentdə təmsil edilən siyasi qurumun rəhbəri seçicilərilə ana dilində danışdığına görə cəza alır”.

Bolqarıstanda keçmiş kommunist rejimin 1989-cu ilə qədər ölkədəki türk və müsəlmanlara qarşı tətbiq etdiyi assimilyasiya kampaniyası əsnasında türk dilində danışanlara 5 leva (2,5 avro) maddi cəza verdiyini xatırladan Məstan dedi: “Yaxın günlərdə cinayətkarlara verilən maddi cəzanın miqdarı 2000 levaya (1000 yevro) qədər arta bilər”.

Məstan yalnız «Haqq və Azadlıqlar Hərəkatı»nın ötən il seçki qanununda keçirilən və kampaniyada yalnız bolqar dilində danışılmasını məcburi edən qanun dəyişikliklərinə qarşı çıxdığını, digər partiyaların ayrı-seçkilik edilən bu cəzanı dəstəklədiklərini bildirdi.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar