Türk futbolunda biabırçılıq - Azarkeşlər bıçaqla futbolçulara hücum etdilər

Türk futbolunda biabırçılıq – Azarkeşlər bıçaqla futbolçulara hücum etdilər
Want create site? Find Free WordPress Themes and plugins.

“Kasımpaşa” klubuna olan məğlubiyyət “Bursaspor” komandasının azarkeşlərini özündən çıxarıb.

A24.Az xəbər verir ki, oyun sonrasında azarkeşlər klubun avtobusunu görüb, avtomobillərindən enərək futbolçulara hücum ediblər. Onlar avtobusa daxil olublar və əllərində olan bıçaq və digər sərt cisimlərlə oyunçuların üstünə gediblər.

Komandanın əksər üzvlərinin döyüldüyü hadisədə qapıçı Harun Təkin daha çox xəsarət alıb. Hadisə polisin müdaxiləsi ilə nəzarət altına götürülüb. Bütün klub heyəti və futbolçular azarkeşlərdən şikayətçi olublar.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, İdman, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar