Türk idmançı ermənini yenib, Azərbaycan bayrağı qaldırdı

Türk idmançı ermənini yenib, Azərbaycan bayrağı qaldırdı
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə güləşçisi Cemal Mutlu Azərbaycana böyük jest etməsi ilə gündəmə gəlib.

Yunan-Roma güləşçisi gənclər arasında Avropa çempionatında bürünc medal qazanan Mutlu bu sevinci Azərbaycan bayrağını qaldıraraq yaşayıb.

Belə ki, Almaniyanın Dortmund şəhərində keçirilən qitə birinciliyində 50 kq çəki dərəcəsində mübarizə aparan Cemal bürünc medal uğrunda görüşdə ermənistanlı Aşot Mxitaryanla üz-üzə gəlib.

Rəqibini döşəyə çıxmağına peşman edən qardaş ölkə nümayəndəsi 10:2 hesablı qələbə qazanıb. Görüşün ardından isə gənc pəhləvan Türkiyə və Azərbaycan bayraqlarını havaya qaldıraraq döşəkdə dövrə vurub.

Qeyd edək ki, Türkiyə Avropa çempionatında komanda hesabında 3-cü yeri tutub. Rusiya 1-ci, Gürcüstan isə 2-ci pillənin sahibi olub. //Apasport.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar