t6

Türk kinosu həftəsi… Məşhurların Bakıda görüşləri, ödənişsiz seanslar – İŞ QRAFİKİ

t6A24.Az Bakıda start verilən “Türk kinosu həftəsi” çərçivəsində məşhurların keçirəcəyi görüşlər, filmlərin nümayiş vaxtlarını təqdim edir.
Mədəniyyət həftəsi tərkibində bir neçə film nümayiş olunacaq, eyni zamanda filmlərin yaradıcı heyəti ilə müxtəlif günlərdə, müxtəlif yerlərdə görüş keçiriləcək. Qeyd edək ki, filmlərin seansına giriş sərbəstdir. Bu filmlər arasında Azərbaycanda ilk dəfə nüamyiş olunan, eyni zamanda 2017-ci ildə Türkiyənin “Oskar”a namizədi olan “Kalandar soğuğu” filmi də var. Kino həftəsi çərçivəsində nümayiş olnacaq filmlərinin yaradıcı heyəti – rejissor, aktyor, ssenaristlər də paytaxtımızdadır.
Öncədən qeyd edək ki, kino həftəsində filmlər 22-26 noyabr tarixləri arasında Nizami Kino Mərkəzində nümayiş olunacaq. Kino həftəsi ərzində noyabrın 23-də saat 15:10 “Kalandar Soğuğu”, 20:10 “Deliormanlı”, noyabrın 24-də saat 15:00-da “Son Mektup”, 19:30-da “Birleşen Yollar”, noyabrın 25-də saat 15:00-da “Birleşen Yollar”, 19-30-da rejissor Ahmet Sönmezin “Elveda Katya” və noyabrın 26-da saat 15:00 rejissor Özhan Erenin “ Son Mektup” bədii filmləri tamaşaçılara təqdim olunacaq.
Qeyd edək ki, “Deliromanlı”nın nümayişində aktyor Sarp Leventoğlu, “Son məktub” filminin nümayişində isə rejissor Özhan Eren iştirak edəcək.
Heyət kino həftəsi ərzində bir sıra universitetlərdə görüşlərdə olacaq və mühazirə deyəcəklər. Belə ki, noyabrın 23-ü saat 13:30-da aktrisa Meral Konrat və aktyor Sarp Leventoğlu BDU-da tələbələrlə görüşüb. Noyabrın 24-ü saat 16:00-da Mədəniyyət və İncəsənət Univesitetində prodüser Əliosman Əmirosmanoğlu və “Anadolu Ajansı”n mədəniyyət müdiri Bünyamin Yılmaz – “Yücel Çakmaklı və Milli Kino” mövzusunda mühazirə deyəcəklər.
25 noyabr saat 12:00-da isə ADMİU-da rejissor Ahmet Sömez, ssenarist Suat Köçer, aktyor Emre Kızılırmak “Türk kinosunun inkişafı” mövzusunda danışacaq.
Bazar günü saat 10:00-da isə bağlanış mərasimi – mətbuat konfransı keçiriləcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR