Türk ordusunu gülləylə yenə bilmədilər, 38 əsgərin yeməyinə zəhər qatdılar

Türk ordusunu gülləylə yenə bilmədilər, 38 əsgərin yeməyinə zəhər qatdılar
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Kastamonu bölgəsində 38 əsgər qida zəhərlənməsi iddiası ilə xəstəxanaya yerləşdirilib.

A24.Az-ın məlumatına görə, Kastamonunun 5-ci Jandarm Komandanlığında iftardan sonra əsgərlər ürək bulanma və qusmadan şikayətlənməyə başlayıblar.

Dərhal 38 əsgər tibb məntəqəsinə aparılıb. Burda vəziyyəti ciddi olan 6 əsgər Anadolu xəstəxanasına, 2 nəfər isə Kastamonu dövlət xəstəxanasına yerləşdirilib.

Digər 30 əsgərin müalicəsi isə tibb məntəqəsində davam etdirilib. Müşahidə altında saxlanılan əsgərlərdən heç birinin həyati təhlükəsi olmayıb.

Əsgərlərin qida zəhərlənməsi şübhəsi ilə mədələrinin yuyulduğu məlum olub. Onların  yedikləri yeməkdən və ya bufetdən aldıqları keksdən zəhərləndikləri düşünülür.

Nərmin Kərim, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar