Türk ordusunun generalı Bakıda Zəhra üçün savaş elan etdi:  Bu dəqiqə bir uçağa oturub o cəlladları  bombardıman edərəm

Türk ordusunun generalı Bakıda Zəhra üçün savaş elan etdi:  Bu dəqiqə bir uçağa oturub o cəlladları  bombardıman edərəm
Want create site? Find Free WordPress Themes and plugins.

Türküstan qəzetinin baş redaktoru Aqil Camal Türkiyənin sabiq Hərbi Hava Qüvvələri Komandanı, general-leytenant Ərdoğan Karataşla görüşündən yazıb.

A24.Az xəbər verir ki,  jurnalist qeyd edib ki, Alxanlıda erməni vandalizminə münasibət bildirərkən general-leytenant deyib:

“Onunla görüşümüzün bu günə təsadüf etməsində bir hikmət axtardım. Ermənilərin sadə insanları, yavru Zəhranı gülləbaran etməsindən qəzəbli idi: “İmkanım olsa, bu dəqiqə bir uçağa oturub o cəlladları özüm bombardıman edəm” dedi…

Azərbaycan 90-ların başlanğıcında qəfil savaşa yaxalandığı, ordusunu yeni formalaşdırdığı, silah-sursat təchizatının zəif olunduğu dövrdə səlahiyyət imkanları daxilində (bəzən xaricində) ordumuza köməkliklərini əsirgəməyib.

O dövrlə bağlı tarixi bir xatirəsini danışdı:

“Qarabağda savaş başlayanda Ankarada hərbi hava bazasının rəisi idim. O zaman Azərbaycanın 2 hərbi təyyarəsi bazaya enmişdi. Qısa zamanda yükləri götürüb, geri qayıtmalı idilər. Təyyarələrin üzərində “SSRİ” yazılmışdı. Dərhal əmr verdim ki, o sözü silin, yerinə “Azərbaycan Hərbi Hava Qüvvələri” yazılsın, Azərbaycan bayrağı həkk edilsin…”.

Vüsalə Əlövsətqızı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar