Türk Ordusunun YENİ HƏDƏFİ - Hazırda hədəf uğrunda döyüş gedir - “Zeytun budağı” 18-ci günündə

Türk Ordusunun YENİ HƏDƏFİ – Hazırda hədəf uğrunda döyüş gedir – “Zeytun budağı” 18-ci günündə
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Afrində başlatdığı “Zeytun budağı” əməliyyatının geridə qoyduğu 17-ci günündə bir şəhid verib.

“A24.az” xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Mehmetçikin nəzarətinə keçən Şeyh Horoz kəndi və ətrafında şiddətli döyüşlər yaşanır. Racoya bağlı olan Surki kəndi də terrorçulardan təmizlənib.

TSQ və ASO Burseya dağının qərbində Şera ərazisindəki terror təşkilatlarının hədəflərinə yönələn hərtərəfli əməliyyat başaldıb. Açıqlamalarda bildirilir ki, TSQ-nin nəzarətinə keçən Şeyh Horoz kəndi və ətraf ərazilərdə şiddətli döyüşlər gedir. Bülbül qəsəbəsinin üzərində yerləşən Darmık dağının 4 yanından əməliyyat başlanıb. Afrinin Racu ərazisindəki yerləşən Surki kəndi də ələ keçirilərək terrorçulardan təmizlənib.

Əməliyyatın 17-ci günündə bölgədə 22 kənd, 35 məntəqə TSQ və ASO-nun nəzarətinə keçdiyi bildirilib.

HƏDƏF Bafulyon təpəsi…

Azezin qarşısındakı Burseya dağı və Bülbül qəsəbəsini terrorçulardan təmizləyən TSQ və ASO-nun bu dəfəki hədəfi Burseyanın qərbində Şera ərazisi və strateji əhəmiyyətli Bafulyon təpəsidir. TSQ Kayseri və Hakkari Dağ Komando Qüvvələri ilə ASO-nun əməliyyat komandoları dünən Bafulyon təpəsinin 5 məntəqəsində əməliyyat başladıb. Hücumdan bir müddət sonra əməliyyat Şeradakı Şeyh Horoz, Mareska, Zeytunat, Şiltah və Serneçke kəndləri və ətrafındakı strateji əməliyyətli təpələrdə daha da güclənib. Daha sonra əməliyyat Şeranın Dikmedaş kəndinə yayılıb. Kənddə və ətrafındakı təpələrdə olan terrorçuların zərərsizləşdirilməsi üçün tanklarla TSQ və ASO-ya dəstək verilib. Davam edən silahlı qarşıdurma axşama doğru Şıltah kəndi və ətrafına da yayılıb.

Qeyd edək ki, Yanvarın 20-də başladılan “Zeytun budağı” əməliyyatının 17-ci gününə (5 fevral 2018) kimi zərərsizləşdirilən terrorçuların sayı 947 olaraq açıqlanıb.

Bundan başqa, dünən (5 fevral 2018) Türkiyə yenə şəhid xəbəri alıb. Əməliyyat zamanı Afrinin Kuri Təpə bölgəsində terrorçuların həyata keçirdikləri hava hücumları zamanı bir türk əsgəri şəhid olub. Şəhid olan hərbiçi 32 yaşlı piyada leytenant Ahmet Aktepenin acı xəbəri Ərzurumdakı yaxınlarına verilib.

Türkiyə mediasında yer alan xəbərə görə, Ərzurumda Naime-Halis cütlüyünün dünyaya gətirdiyi 5 övladı arasında yeganə oğlan övladı olan Ahmet Aktepe terrorçularla silahlı qarşıdurma zamanı yaralanıb. Xəstəxanaya çatdırılan leytenant həkimlərin bütün səylərinə baxmayaraq, xilas edilə bilməyib və şəhid olub. Ailəlidir, övladı var.

EZURUMLU SEHIT PIYADE TEGMEN AHMET AKTEPE (FOTOGRAFTAKI) YARIN SON YOLCULUGUNA UGURLANACAK. (FOTO: ERZURUM, (DHA)

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar