Türk toyunda Azərbaycan və Türkiyə bayraqları yan-yana asıldı - FOTOLAR

Türk toyunda Azərbaycan və Türkiyə bayraqları yan-yana asıldı – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Çorum bölgəsində yaşayan Onur Temiz internetlə tanış olduğu azərbaycanlı Leyla Əlizadə ilə kənddə özlərinə toy edib.

“A24.az”ın Türkiyə KİV-dən əldə etdiyi məlumata görə, internet vasitəsi ilə tanış olan Onur Temiz ilə Azərbaycanda yaşayan Leyla Əlizadə bir müddət görüşdükdən sonra evlənməyə qərar verib. Ailələrini internetdən kamera vasitəsilə tanış edən gənclər rəsmi işlərini də tamamladıqdan sonra ailə həyatı qurub.

Üyük kəndində təşkil edilən toyda həyətin qapısına “Bir millət, iki dövlət” şüarı altında Türkiyə və Azərbaycan bayraqları asılıb.

Azərbaycanlı gəlin Leyla Əlizadə “ Evlənməyə qərar verdikdən sonra Çorumdakı toy adətlərini araşdırmağa başladım. Toyun keçiriləcəyi evin qapısından bayrağın asılacağını öyrənəndə, Azərbaycan bayrağının da asılmasını istədim” deyə müxbirə bildirib.

Onur Temiz isə “İki ayrı ölkə olsaq da bir millətik, eyni dildə danışırıq” deyə qeyd edib.

Firuzə Alimova / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Maraqlı, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar