Türkiyənin azadlığa buraxdığı keşiş ABŞ prezidenti ilə görüşüb

Türkiyənin azadlığa buraxdığı keşiş ABŞ prezidenti ilə görüşüb
Want create site? Find Free WordPress Themes and plugins.

Oktyabrın 12-də Türkiyə məhkəməsi tərəfindən azadlığa buraxılan amerikalı keşiş Endryu Branson şənbə günü Ağ evdə ABŞ prezidenti Donald Trampla görüşüb.

A24.Az-ın məlumatına görə, D.Tramp görüş zamanı bildirib ki, keşişin buraxılması ikitərəfli münasibətlər üçün irəliyə doğru böyük addımdır.

“Bu bizim münasibətlərimizdə böyük addım olacaq”, – deyə o, keşişlə görüşü zamanı bildirib.

Tramp yenidən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına minnətdarlığını bildirib.

Onun sözlərinə görə, son vaxtlar Vaşinqton və Ankara arasında münasibətlərdə narahatlıq yaranmışdı, lakin indi onlar yoluna düşə bilər.

Bundan əvvəl Tramp bildirib ki, ABŞ Türkiyə hakimiyyəti ilə Bransonun azad olunması müqabilində hər hansı bir razılaşma əldə etməyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar