Türkiyə Almaniyadakı səfirini geri çağırdı

Almaniya Bundestaqının bu gün qondarma “erməni soyqırımı”nı tanınmasını nəzərdə tutan qətnaməni qəbul etməsindən sonra Türkiyə səfirini Almaniyadan geri çağırıb.

“A24.az” bildirir ki, bu barədə Trend Türkiyənin “Akşam” qəzetinə istinadən məlumat verir.

Bundestaqın qətnaməsini şərh edən Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib ki, Türkiyə Almaniya parlamentinin qərarını qəbul etmir.

Onun sözlərinə görə, Türkiyə bu qətnaməyə görə Almaniyaya layiqli cavab verəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR