Türkiyə böyük generalın intiqamını almaq üçün düyməyə basdı - Əməliyyat başladı

Türkiyə böyük generalın intiqamını almaq üçün düyməyə basdı – Əməliyyat başladı
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Silahlı Qüvvələri Şırnak vilayətinin Kato bölgəsində şəhid general Aydoğan Aydın Əməliyyatı çərçivəsində PKK hədəflərini vurub.

A24.Az  axar.az-a istinadən bildirir ki, yerləri PUA-larla müəyyən edilən terrorçular hava hücumu ilə məhv edilib. Əməliyyat zamanı 4 PKK-çı öldürülüb.

Bununla da sözügedən əməliyyat çərçivəsində məhv edilən terrorçuların sayı 14-ə çatıb.

Qeyd edək ki, həm qəhrəmanlığına, həm də yüksək insani keyfiyyətlərinə görə hər kəs tərəfindən sevilən general Aydoğan Aydının bir neçə gün əvvəl Türkiyənin Şırnak vilayətində qəzaya uğrayan helikopterdə həlak olması bütün Türkiyəni yasa qərq edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar