Türkiyə-Ermənistan sərhəddində nəzarətsiz quş belə uçmayacaq – FOTOLAR

Türkiyə-Ermənistan sərhəddində nəzarətsiz quş belə uçmayacaq – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə və Ermənistan sərhəddində nəzarətsiz quş belə uçmayacaq.

“A24.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Türkiyə Ermənistan sərhəddini “Analitik Ekoloji Təhlükəsizlik Sistemi” ilə 7/24 saat izləyəcək.

Daxili İşlər Nazirliyi tərəfindən göndərilən vəsait hesabına Türkiyə-Ermənistan sərhəddini 7/24 saat izləyəcək kameraların quraşdırılması tamamlanıb.

Sərhəddəki təhlükəsizliyi təmin etmək üçün nazirlik və Qars valiliyinin vəsaiti hesabına Ermənistan-Qars sərhəddinə kənardan gələcək təhlükəni əvvəlcədən xəbər verə bilən, təhlükənin dərəcəsinə görə təsnifləşdirərək əlaqədar sistemləri və ya xidmətləri hərəkətə keçirən “Analitik Ekoloji Təhlükəsizlik Sistemi” ilə sərhəddə nəzarətsiz quş belə uçmayacaq.

Artıq sınaqları keçirilmiş “Analitik Ekoloji Təhlükəsizlik Sistemi” ilə aşkarlanma məsafəsi enerjiyə ehtiyac olmadan çox uzaq bölgələrə qədər ötürülməsi mümkün olacaq.

Çoxzonalı idarəetmə qurğusu olaraq işləyən sistem aşkarlanma aralığını 25 metrdən 400 metrlik zonalara qədər genişləndirə bilir. Yeni sistem ilə bölgə daha etibarlı şəkildə müdafiə olunacaq.

Firuzə Alimova / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar