Türkiyə hava müdafiəsini gücləndirir - FOTOLAR

Türkiyə hava müdafiəsini gücləndirir – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə hava müdafiəsini gücləndirmək məqsədilə çoxşaxəli işlər görür.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Hava və Raketdən Müdafiə Yol Xəritəsi” layihəsi çərçivəsində ölkənin hava və raket müdafiə qabiliyyətinin daxili imkanlar hesabına maksimum səviyyədə istifadəsinə dair layihə modelləri yaradılır.

Ölkədaxili inkişaf modeli çərçivəsində türk firmalarının rəhbərliyi altında ehtiyac yaranacağı təqdirdə xarici firma, müəssisə və təşkilatlardan ehtiyac duyulan sahələrdə texniki dəstək alınaraq işlər aparılır.

Bununla yanaşı dizayn və inkişaf fəaliyyətlərini tamamlayan layihələrdə digər sənaye və “KOBI”lərin fəal rol alacağı planlaşdırma fəaliyyətləri həyata keçirilir. Bu məqsədlə başda “ASELSAN” və “ROKETSAN” olmaqla digər müdafiə sənayesi firmalarının da mövcud imkan və qabiliyyətlərindən istifadə edərək həm investisiya təkrarlarının qarşısı alınır, həm də xaricdə rəqabət məqsədilə sektorun davamlılığı təmin olunur.

Hava müdafiəsinə yönələn ən mühüm strateji məqsədlərdən birini “Hava müdafiə sektoruna yönəlik ölkədaxili imkan və bacarıqlardan istifadə edərək Türkiyənin hava müdafiəsinə xidmət edəcək layihələrin həyata keçirilməsi” təşkil edir.

Bu strategiya istiqamətində NATO alt işçi qrupları və ölkələrarası müdafiə sənayesi iş birliyi kimi layihələrlə iştirak edərək hava müdafiə sistemlərinin inkişaf etdirilməsi və istehsalına dair dünyada tətbiq olunan üsullar yaxından təqib edilir.

“Hisar” layihəsi çərçivəsində ortaya cıxan sistemlərin ölkədaxili və ixrac variantlarına dair tələblər nəzərə alınmaqla, 40 kilometrdən çox əraziyə çıxarılması istiqamətində işlər aparılır.

“Göktuğ” layihəsi çərçivəsində inkişaf etdiriləcək hava-hava raketinin “Hisar” çərçivəsində inkişaf etdirilən yer sistemlərindən istifadə edilməsi məqsədi güdülür.

Həmçinin,  “Korkut” layihəsi çərçivəsində inkişaf etdirilən sistemin dəniz platformasına inteqrasiyasına yönələn testlər başa çatacaq. Beləliklə, Dəniz Qüvvələri Komandanlığının sistem tələbatının ölkə daxilində ödənilməsi mümkün olacaq.

Müdafiə Sənayesi koordinasiyasında “ASELSAN” və “ROKETSAN” iş birliyində inkişaf etdirilən “Hisar” hava müdafiə raketlərinin test atışları uğurla həyata keçirilib.

Test atışları həyata keçirilən alçaq yüksəklik (Hisar-A/15 kilometr) və orta yüksəklik (Hisar-O/25 kilometr) hava müdafiə raketləri, hərbi baza, liman, müəssisə və birliklərin hava təhdidlərindən qorunması məqsədilə vertolyotlara, naviqasiya raketlərinə, havadan quruya atılan raketlərə və pilotsuz hava sistemlərinə qarşı hazırlanıb.

“Hisar-A”nın 2020-ci, “Hisar-O”nun isə 2021-ci ildə istifadəyə verilməsi gözlənilir.

Quru Qüvvələri Komandanlığına təhvil verilməsinə başladılan “Korkut” sistemi döyüş gəmilərinin raketlərə qarşı qorunmasında da istifadə ediləcək.

Bu məqsədlə ön prototip olaraq çıxarılan “Korkut-D” sistemi, Dəniz Qüvvələri Komandanlığının dəstəyilə təlim gəmisi “TCG” S.Mehmetpaşaya verilib. Sistemlə keçirilən testlər, “Korkut-D”nin gəmiləri raketlərə qarşı qorumaqda istifadə edilə biləcəyi idaeyası irəli sürülüb.

Həyata keçirilən sınaq zamanı “Korkut-D” təsbit, təqib və atəş altına almağı ehtiva edən bütün funksiyaları operator müdaxiləsi olmadan avtomatik olaraq yerinə yetirib və raket hücumu kimi yüksək sürətlə hərbi dəniz səthindən yaxınlaşan hədəfi atəş altına alaraq məhv edib.

Türkiyə uzaqmənzilli hava və raket müdafiə ehtiyacını isə yaxın gələcəkdə Rusiyadan alacağı “S-400″lərlə təmin edəcəkş

Türkiyə “ASELSAN”, “ROKETSAN” və “EUROSAM” tərəfdaşlığında SAMP-T hava müdafiə sistemindən daha üstün bir sistem üzərində çalışır.

Daha sonra isə tamamilə yerli uzaqmənzilli hava və raket müdafiə sisteminə malik olması məqsədi qarşıya qoyulub.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar