Türkiyə ilə ABŞ arasında yaşanan 6 QALMAQAL - İki ölkə aralarında nəyi bölə bilmir?

Türkiyə ilə ABŞ arasında yaşanan 6 QALMAQAL – İki ölkə aralarında nəyi bölə bilmir?
Want create site? Find Free WordPress Themes and plugins.

Bildiyimiz kimi ABŞ və Türkiyə ilk dəfə qarşılıqlı olaraq vizə ilə bağlı qadağa tətbiq edib. İki ölkə arasında yaranan bu gərginlik Vaşinqton – Ankara arasında çıxan daha əvvəlki qarşıdurmaları da ağıllara gətirib.

Türkiyənin Vaşinqtonda sabiq səfiri və xarici işlər naziri olan Faruk Loğoğlu “1 Mart təxrisi” və “çuval hadisələri” zamanı ABŞ-la yaşanan gərginliyin şahidlərindən biridir. Belə ki, Loğoğlu iki ölkə arasında bugünədək yaşanan 6 qamaqalı və sonuncu viza qadağasını şərh edib.

Kuba Raket Qalmaqalı…

-1962-ci ilin oktyabr ayında “Kuba raket qalmaqalı” soyuq müharibənin iki möhtəşəm gücünü, ABŞ və Sovetlər Birliyini nüvə müharibəsinin kandarına gətirdi. Kubanın üzərində uçan U2 təyyarələrinin nüvə başlıqlı raketlər kəşf etməsindən sonra keçmiş ABŞ prezidenti Con Kennedi Sovetlər Birliyinə Kubanı nüvə silahı ilə təmin edəcəyi təqdirdə böyük bir qalmaqalın baş verəcəyini xəbərdarlıq etmişdi.

Tərəflər bir müddət qarşılıqlı anlaşmanı davam etdirdi, amma ABŞ və Sovetlər Birliyinin qarşılıqlı anlaşması nəticəsində Türkiyəni arada yaşanan gərginliyin bir hissəsi etdilər.

Sovetlər Birliyi Kubadan nüvə silahlarını geri çəkəcəyini, lakin əvvəlcə ABŞ-ın Türkiyə və İtalidakı nüvə başlıqlarını geri çəkməsini tələb etdi.

ABŞ və Sovetlər Birliyi arasında Türkiyədən silahların geri çəkilməsi ilə bağlı verdiyi qərar Ankara ilə danışıqlar aparılmadan verilməsi arada böhran vəziyyət yaradırdı.

1964 – Conson məktubu…

ABŞ-ın 36-cı prezidenti Lyndon Conson 1964-cü ilin 5 iyun tarixində dövrün prezidenti olan İsmet İnönüyə göndərdiyi məktubunda Türkiyənin Kiprə hərbi əməliyyatlar planlaşdırdığını və buna görə narahat olduqlarını bildirir.

ABŞ-nin hərbi əməliyyatların qarşısını almaq üçün yazdığı məktubda ən həyəcanlı mesaj “qarşınıza Sovetlər Birliyi çıxsa, biz sizin yanınızda olmayacağıq” idi.

Lakin İsmet İnonünün cavabı isə “Yeni bir dünya qurular. Türkiyə də o dünyada yerini alar” olub.

Hətta Conson yazdığı məktubunda Türkiyənin ABŞ-la məsləhətləşməsi üçün kəskin bir şəkildə ondan tələb də edir, əks halda NATO Təhlükəsizlik Şurası və BMT-ni təcili kosfransa çağıracağını bildirir. Bundan sonra Türkiyə NATO-dan daha az asılı siyasət yürütməyə başlayır.

-1974-cü ildə xaş-xaşın yenidən əkilməyə başladılması…

 

1974-cü ildə baş nazir olan Bülent Ecevitin xaş-xaşın əkilməsini yenidən başlatması ilə partayış yaşandı.

ABŞ-da narkotik vasitələrin istehlakı artarkən Türkiyə narkotik maddələrin ticarəti ilə məşğul olduqları üçün günahlandırılan ölkələrin sırasında idi.

1971-ci ildə xaş-xaşın əkilməsini tamamilə qadağan edən Türkiyənin 3 ildən sonra qadağanı ləğv etməsi Vaşinqtonla münasibətlərdə gərginlik yaradır.

Bu dövrdə də arada yaşanan gərginlik ikili münasibətlərə zərər vermədən aradan qaldırılır.

-1974-cü ildə İncirlik bazasından istifadə etmək barədə qadağa…

Adananın İncirlik hərbi bazası soyuq müharibə dövründə ABŞ-ın Sovetlər İttifaqına qarşı əsas əməliyyat mərkəzlərindən biri idi. ABŞ ilə Türkiyənin müttəfiq münasibətlərində isə ticarət vasitəsi idi. ABŞ 1974-cü ildə Kipr əməliyyatından sonra Türkiyəyə silah embarqosu tətbiq etməyə qərar verir.

Beləliklə, Türkiyə ABŞ-nin istifadəsində olan İncirlik hərbi bazası və digər hərbi bazaların istifadə edilməsinə qadağa qoyaraq onların idarəçiliyini Türk Silahlı Qüvvələrinə verir.

Lakin 1978-ci ildə ABŞ konqresi silah embarqosunu aradan götürəndən sonra İncirlik hərbi bazası əvvəlki kimi fəaliyyət göstərməyə davam edir.

2003-cü il – 1 Mart təxrisi…

Faruk Loğoğlu Vaşinqtonda səfir olaraq fəaliyyətini davam etdirərkən yaxından tanıdığı, ABŞ-ın İraqı işğal etdiyi müddətdə 1 Mart təxrisi iki ölkə arasında ən çox iz buraxan qalmaqal olduğu fikrindədir.

Həmin dövrdə türk əsgərlərin əcnəbi ölkələrə göndərilməsi və əcnəbi hərbçilərin Türkiyədə olması ilə bağlı təxris göndərildiyi Türkiyə Böyük Millət Məclisindən keçmədi.

ABŞ təxris qərarından sonra çarəsiz olmadığını İraqa cənubdan daxil olaraq göstərdi. Ancaq təxrisin TBMM-dən keçməməsi, həm ABŞ ordusunda, həm də ABŞ konqresində əhəmiyyətli izlər buraxdı.

-Çuval hadisələri…

2003-cü ilin 4 iyul tarixində İraqın Süleymaniyyə şəhərində Amerika əsgərləri Xüsusi Qüvvələrə aid zabitlərin olduğu qərargaha basqın təşkil edildi. Burdakı türk əsgərləri başlarına çuval keçirilərək nəzarət altına alınır, araşdırılması üçün Bağdada aparılır.

Faruk Loğoğlu bu müddət ərzində ABŞ-ın hadisələrin araşdırılması lazım olduğu halda araşdırılmadığını bildiriərək sözlərinə bunları əlavə edib:

“Bu hadisələrin araşdırılması üçün komissiyanın təşkil edilməsini təklif etdim və yaşananlar Türkiyə Xarici İşlər Nazirliyi və Ankara səfirliyi tərəfindən ələ alındı. Türkiyə bu məsələdə tələbkarlıq etmədi”.

Viza qalmaqalına münasibət…

Sabiq səfir son zamanlar Türkiyə ilə ABŞ arasında viza qalmaqalının yaşanmasına diqqət çəkir:

“Bu qərar başdan sona qədər xətalı və ağırdır. Nəzarət altına alınan şəxslər Türkiyə vətənaşlarıdır, burda heç bir uyğunsuzluq yoxdur”, deyən sabiq diplomat “qərarın səbəbini başa düşmək çox çətindir. İçindən çıxmaq həm asan, həm də çətin məsələdir. Ona görə də mövzu ilə heç bir əlaqəsi olmayan minlərlə insan bundan əziyyət çəkəcək. Artıq hadisələr son həddə çatıb, ABŞ isə yanlış düyməyə basıb”.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar