Türkiyə indi də Rusiyadan "S-500" kompleksləri alır? - Prezidentdən AÇIQLAMA

Türkiyə indi də Rusiyadan “S-500” kompleksləri alır? –  Prezidentdən AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

“Türkiyənin Rusiyadan “S-400″ zenit-raket sistemlərinin alınması ilə bağlı problem müşahidə olunmur”.

A24.Az İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı bildirib. Prezidentin sözlərinə görə, “S-400″ün alınması barəsində heç bir problem yoxdur: “Birinci mərhələdə birgə istehsal nəzərdə tutulmayıb. Ümid edirik ki, bu ikinci mərhələdən başlayacaq”, – deyə R.T.Ərdoğan vurğulayıb. Ərdoğanın sözlərinə görə, Türkiyə “S-400” üzrə danışıqları bitirmək niyyətində deyil: “Bizim Putinlə (RF prezidenti Vladimir Putin) “S-500″ haqqında da söhbətimiz olub”, – deyə Türkiyə prezidenti bildirib. Qeyd edək ki, Oktyabrın 9-də Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirmişdi ki, S-400-lərlə bağlı birgə istehsal olmayacaqsa, Ankara Moskvadan S-400 zenit raket kompleksləri almaqdan imtina edə bilər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar