Türkiyə mediası azərbaycanlı gəncin evlənmə təklifinə şahidlik etdi - VİDEO

Türkiyə mediası azərbaycanlı gəncin evlənmə təklifinə şahidlik etdi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

“İstanbul 39-cu Avrasiya  Marafonu”nda iştirak edən azərbaycanlı gənc “15 İyul Şəhidlər Körpüsü”ndə sevgilisinə evlənmə təklifi edib.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, “39-cu Avrasiya Marafonu”nda kameralar gözəl bir günə şahidlik edib. Belə ki, marafonda iştirak etmək üçün Azərbaycandan gələn Maqsud Məmmədov sevgilisi Aynura sürpriz şəkildə evlənmə təklif edib.

Körpünün üstündə cibindən çıxartdığı təkqaş üzüyü sevgilisinə uzadan Maqsud “Hə” cavabını alanda çox xoşbəxt olub.

Maqsud Məmmədov “çoxdandır ki, bu günü planlaşdırırdım. Marafona isə həm evlilik təklifi, həm də gəzmək üçün gəldim. Körpü iki qitəni bir-birinə yaxınlaşdırdığı üçün məhz buranı seçdim, yaddaşımızda xatirə kimi qalsın”.

Daha sonra gənc üzüyü sevgilisinin barmağına taxıb və hər ikisi qucaqlaşaraq bir-birilərini təbrik edib.

“A24.az” sözügedən görüntüləri təqdim edir:

Firuzə Alimova / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Maraqlı, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar