Türkiyə mətbuatı Hadı Rəcəblidən yazdı: "Belə millət vəkili..."

Türkiyə mətbuatı Hadı Rəcəblidən yazdı: “Belə millət vəkili…”
Want create site? Find Free WordPress Themes and plugins.

Son günlər Azərbaycan mediasının bütün manşetini zəbt edən və Qarabağ qaziləri ilə bağlı verdiyi açıqlamalarla ölkə əhalisinin sərt reaksiyaları ilə qarşılaşan millət vəkili Hadı Rəcəbli haqqında yazılan xəbərlər bitmək bilmir. Bu dəfə deputatla bağlı xəbərlər Türkiyə mediasında da yer alıb.

“A24.az” Türkiyə mediasında dərc olunan yazını təqdim edir:

“Son dövrlər Azərbaycanda yaşanan iqtisadi sıxıntılar ölkədəki millət vəkillərinin zəkasını bir xeyli məşğul edib. Azərbaycan iqtisadiyyatı üçün çıxış yolları axtaran millət vəkillərinin təklifləri isə eşidənləri mat qoyur. Ancaq içərilərində biri var ki, o, ipin ucunu qaçıraraq Qarabağ qazilərinə ediləcək imtiyazlara göz dikib!”

Azərbaycanın düşüncələri alt-üst edən millət vəkili…

Azərbaycan Milli Məclisinin, Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli son dövrlər Azərbaycanda qəribə açıqlamalarla ölkə gündəminə oturub. Rəcəblinin son hədəfi Qarabağ qazilərinin sağlamlıq xidmətlərinə ayrılan imtiyazlar olub.

O, ölkədəki müəllimlərin aylıq gəlirlərinin 100-200 ABŞ dolları arasında dəyişdiyi bir dövrdə “müəllimlər dolana bilmir deyə kimsə danışmasın. Dolanmaq istəyirsə, müəllimlik etdikdən sonra gedib inşaatda işləsin” şəklində anlaşılmaz və diqqətçəkən qəribə açıqlamalar verib.

Lakin Rəcəblinin açıqlamaları bununla da bitməyib: “Müəllimlər maaşla keçinə bilmirsə, müəllimlik etdikdən sonra daş daşısın. Lənkəranın Veravul kəndində bir müəllim var və o, müəllimlik etdiyi məktəbdə işi qurtarandan sonra inşaatda işləyir. Yəni inşaatda usta olaraq işləyir, burada pis bir şey var?” kimi açıqlama verən millət vəkili ona yaraşmayan ifadələr işlədib.

%d1%81%d0%bd%d0%b8%d0%bc%d0%be%d0%ba

Lakin o müəllimlərdən sonra, indi də Qarabağ qazilərini hədəfə alıb. Qarabağ qaziləri üçün sosial yadım paketinə qarşı olduğunu bəyan edən Rəcəbli, “Deyirlər ki, Qarabağ qazilərinə dərman pulsuz olmalıdır, dərman əldə etmələri üçün pul lazım deyil. Bilirsinizmi, bu bir populizmdir. Yəni kapitalist bir iqtisadiyyatda avtomobil şəxsi nəqliyyat vasitəsidir. Necə ola bilər ki, avtobusla evinə gedirsən və pul ödəmirsən? Bu necə bir ziddiyyətdir? Ölkədəki apteklər də özəldir və ordan dərman necə pulsuz alına bilər? Bunu necə düşünə bilərsiniz?” deyə çıxış edib.

Ölkədə tibbi sığorta isə faciəvi vəziyyətdədir və ya demək olar ki yoxdur. Milli Məclisdə müzakirə edilən və barəsində heç cür qərar verilə bilməyən Qarabağ qazilərinə sosial yardım dəstəyi olan “yardım paketi” Rəcəblinin açıqlaması ilə böyük təzyiqlərə məruz qalmaqdadır”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Siyasət, Media, Banner
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar