Türkiyə ölüm-dirim savaşına girir: cəmi üç nöqtədə - İdlib, Afrin və Ovaköydə ölkənin taleyi həll edilir

Türkiyə ölüm-dirim savaşına girir: cəmi üç nöqtədə – İdlib, Afrin və Ovaköydə ölkənin taleyi həll edilir
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya və rejim qüvvələri artıq İdlibin içərilərinə doğru irəliləyib.

Hər həs razılaşmanın Rusiya tərəfindən pozulduğunu yazarkən, Rusiya dekabrın 31-də Xmeymində gerçəkləşdirilən hücumu sübut olaraq göstərib və atəşkəsin onun tərəfindən pozulmadığını ortaya qoyub. Aydın olan odur ki, qarşdurma oyunu ilə vaxt qazanan Rusiya və rejim qüvvələri artıq sıranın İdlibə gəldiyini düşünür. Hər hansı video və görüntüsü olmayan hücum iddiası İdlibə hücum üçün sadəcə bəhanə olub. Üstəlik, bu bahanə atəşkəs sözləşməsini pozan Rusiyanın Türkiyəni günahlandırması üçün əlində bayraq tutacaq vasitəyə çevrilib.

-O zaman Türkiyənin mövqeyi nədir?

İdlibdə yaşananlarla bağlı açıqlama verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “İran və Rusiya rejimi dayandırmalıdır. Rejim İdlibdə irəliyə doğru hərəkətdədir, niyyətləri isə fərqlidir” deyərək hadisələri rejimin üzərindən şərh etməyi seçərək, Rusiyaya yüklənməyib.

Türkiyə, əlbəttə, İdlibdə yaşanan hava hücumlarının ruslar tərəfindən davam etdirildiyini bilir. Sadəcə başqa seçimi yoxdur. Bir yanda ABŞ, YPG, digər tərəfdə Rusiya, İran, Suriya, YPG birliyi Türkiyənin alternativ qüvvələrə arxalanma gücünü azaldır. Dolayısı ilə hazırda İdliblə bağlı atıla biləcək elə də vacib addımın olmadığı aşkardır. Aydın olan odur ki, Türkiyə ən azından YPG və ABŞ-ın bölgəyə girməməsi üçün İdlibi rejim və Rusiya qüvvələrinə həvalə etməyə qərar verib.

Çünki ötən gün dərc edilən xəbərdə Rusiya və İranın Afrində həyata keçirilən planlarda qərarı Türkiyənin ixtiyarına buraxdıqlarını vurğulayıblar. Afrin və İdlib mövzusunda 3 ay vaxt itirən Türkiyə üçün hər ötən gün əleyhinə işləyir. ABŞ-ın şantajları və qarşısına çıxardığı maneələr Türkiyə Silahlı Qüvvələrinin Afrinə müdaxilə etməsini gecikdirir. Hazırda Türkiyə Münbiç, Tel Abyad, Tel Rıfah və Afrinlə bağlı ABŞ-la danışıqlar aparır. Rusiya və İran isə bunu bütünlükdə Ankaranın ixtiyarına buraxıb. Lakin Bəşər Əsədin PKK ilə gizli və qaranlıq ittifaqı Türkiyənin vəziyyətini çətinləşdirib. Çünki İdlibdə edilən hücumların məqsədi Afrinə yönələn diqqətləri dağıtmaqdır.

-Bəs Türkiyənin Bağdadla yeni sərhad qapısı olacaq Ovaköyün aqibəti niyə həll edilmir?

Türkiyənin İraq sərhəddində yerləşən Habur sərhəd qapısının bağladılaraq Ovaköyə (Ovacık) dəyişdirilməsi artıq uzun müddətdir ki, Türkiyənin planlarındadır. Bunun başlıca səbəbi isə bölgədəki kürd idarəçiliyini uzaqlaşdırmaq, ən çox türkmənlərin yaşadığı Bağdada birbaşa çıxış əldə etməkdir. Bu sərhəd qapısı Haburdan Ovacıka dəyişdirilərsə, Zaho və Duhok şəhərlərindən keçməyə ehtiyac qalmayacaq.

Lakin Türkiyənin artıq uzun müddətdir qarşısına məqsəd qoyduğu sərhəd qapısının həyata keçirilməsi əngəllənir. İraqda Kürd Regional Hökumətinin (İKBY) parçalama siyasətindən sonra Bağdad hökumətinin təklif etdiyi və 10 milyard dollara başa gələcək Ovaköy Sərhəd Qapısının həyata keçirilməməsinin səbəbi terrorçular, Sincarda PKK-lılarla yanaşı İŞİD-in mövcudluğudur.

Qeyd edək ki, bu yolun gerçəkləşdirilməməsində həm də siyasi və iqtisadi məqamlar var. Belə ki, Ovaköy üzərindən açılacaq təhlükəsiz ticarət dəhlizi gətirəcəyi avantajları və strateji qazancları ilə diqqət çəkir. Bu yol sayəsində Türkiyə ilə Bağdad arasında birbaşa əlaqə yaranacaq, iki ölkənin ticarət əlaqələrində kürd hökumətinə olan asılılıq aradan qalxacaq, ticarət yolunun terrorçuların yerləşdiyi ərazilərdən keçməməsi ilə bölgədə sabitlik yaranacaq. Ona görə də sərhəd qapısının dəyişdirilməsi hər addım başı əngəllənir.

Bundan başqa bu gün Türkiyə İran ilə 5 sərhəd qapısından 6 milyar dollarlıq ticarət etdiyi halda, İraq ilə sadəcə bir sərhəd qapısı – Habur ilə 10 milyard dollara yaxın ticarət əlaqələri var. Bu ticarətin 1,5 milyard dolları İraqın şimalına, qalan 6,5 milyard dollarlıq hissəsi isə Bağdadda edilir. İraq ilə alternativ sərhəd qapılarının açılması hər zaman gündəmdə olub. Ancaq bu səylər bu gün terror qruplaşmaları tərəfindən həyata keçə bilmir.

Kürd hökumətinin referendumla bağlı atdığı addımından sonra Ovaköy Sərhəd qapısı sonuncu dəfə 2013-cü ildə gündəmə gətirilib.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet, Dünya, Siyasət, Araşdırma
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar