“Türkiyə prezidentini görmədim və təbii ki, onunla görüşmədim”

“Türkiyə prezidentini görmədim və təbii ki, onunla görüşmədim”
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya prezidenti Vladimir Putin Parisdə keçirilən BMT-nin İqlim Dəyişikliyi konfransında türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanı görmədiyini və onunla görüşmədiyini söyləyib.

a24.az” bildirir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Vladimir Putinə Parisdə keçirilən mətbuat konfransında türkiyəli həmkarını görməsi və görüşməsi ilə bağlı sual ünvanlanıb.

“Türkiyə prezidentini görmədim və təbii ki, onunla görüşmədim”,deyə Rusiya prezidenti suala cavabında bildirib.

O, keçirdiyi bütün ikitərəfli görüşlərdə Türkiyə tərəfindən vurulan Su-24 təyyarəsi ilə bağlı müzakirələr apardığını söyləyib: “Keçirdiyim görüşlərdə Rusiya təyyarəsinin Türkiyə üçün təhlükə daşımadığı fikri öz təsdiqini tapıb”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar