Türkiyə üçün NATO dövrü bitdi - Rus S-400-ləri türk ordusunda

Türkiyə üçün NATO  dövrü bitdi – Rus S-400-ləri türk ordusunda
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Rusiyadan alacağı 4 ədəd S-400 raket əleyhinə müdafiə sistemi üçün 2,5 milyard dollar ödəməyə hazır olduğunu bildirib.

A24.Az Bloomberg Türkiyəyə istinadən  xəbər verir ki, adı açıqlanmayan türk səlahiyyətlilərindən biri deyib ki,  gələn il Türkiyə Rusiyadan bu qəbildən olan 2 hərbi texnikanı almağı planlaşdırır.

İki raket batareyasının daha sonra Türkiyədə istehsal olunması gözlənilir. Türkiyə əvvəllər də bu sistemləri almağı planlaşdırırdı. Lakin NATO-nun məsələyə münasibətindən sonra müqavilənin imzalanmasından imtina etmişdi. Bundan başqa, Vaşinqtonun təkidiylə Çinin sözügedən sistemlərini almamışdı.

Mənbənin sözlərinə görə, Türkiyə bu sistemləri Ermənistan və Yunanıstan sərhədi ilə Egey dənizi sahilinə yerləşdirə bilər. S-400 müdafiə sistemlərinin dost-düşmən tanıma özəlliyinə sahib olmadığı və raketlərin bütün hədəflərə qarşı istifadə edləcəyi bildirilir.

Türkiyə bununla NATO-dan üz döndərmiş olur. Yazıda həmçinin bildirilir ki, prezident Rəcəb Tayyib Ərdoğanın müstəqil siyasəti ucbatından ölkənin digər ittifaq üzvləri ilə münasibətləri pisləşməkdə davam edir.

Nərmin Kərim, A24.Az 

 

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar