Türkiyə və Rusiya gərginliyinə İranın münasibəti - VİDEO

Türkiyə və Rusiya gərginliyinə İranın münasibəti – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

İran prezidenti Həsən Ruhani Rusiyaya məxsus Su-24 təyyarəsinin Türkiyənin F-16 qırıcı təyyarəsi tərəfindən vurulmasına münasibət bildirib.

“a24.az” bildirir ki, ANS PRESS-in məlumatına görə, İran lideri hər iki ölkəni soyuqqanlı olmağa çağıraraq, Türkiyə rəhbərliyinə təyyarə və raketlərin oyuncaq olmadığını vurğulayıb. Bundan əlavə, Ruhaninin fikrincə, “Su-24” təyyarəsində həlak olan pilotun günahkarını da Türkiyə höküməti tapmalı və cəzalandırmalıdır.

“Türkiyə tərəfi deyir ki, Rusiyaya məxsus təyyarələr sərhədi keçdiyi üçün vurulub. Lakin, bu, sadəcə bir ehtimaldır. Türkiyə bunu sübut etməlidir. Ümumiyyətlə, Yaxın Şərqdə xaos hökm sürür. Bu da müxtəlif təhlükələrə gətirib çıxarır”, – deyə İran prezidenti qeyd edib.

Həsən Ruhani hər iki ölkənin – Türkiyə və Rusiyanın İranın dostu olduğunu vurğulayaraq, aralarındakı münasibətlərin qarşısının alınması üçün ehtiyatlı tədbirlər görməyi məsləhət bilir.

https://youtu.be/IBuo1ze39_Y

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar