Türkiyədə Azərbaycana aid maraqlı faktların yer aldığı tarixi sənəd tapıldı – FOTO

Türkiyədə Azərbaycana aid maraqlı faktların yer aldığı tarixi sənəd tapıldı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Osmanlı Dövləti və Azərbaycan Türk Xanlığı arasındakı münasibətlər Dövlət Arxiv Müdürülüyündəki tarixi sənədlərdə yer alıb.

“A24.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Türkiyədə Azərbaycanla bağlı tarixi sənəd aşkarlanıb. Azərbaycan Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev uzun araşdırmalar nəticəsində Türkiyə hökumətinin arxivlərində Azərbaycan üçün əhəmiyyətli olan tarixi sənədin tapıldığını açıqlayıb.

Dövlət Arxivləri Baş Müdürlüyündən əldə edilən arxiv sənədlərində Osmanlı Dövləti və Azərbaycan Türk Xanlığı arasındakı münasibətlər haqqında maraqlı faktlar yer alıb.

1578-1914-cü illərə aid tarixi arxiv sənədində həmin illərdə İrəvanda 700 min azərbaycanlının yaşadığı qeyd edilib. Yeni kəşf edilən arxiv sənədi dəlil olaraq Tarix İnstitutuna təqdim olunacaq.

Əvvəllər yalnız Azərbaycan türklərinin məskunlaşdığı İrəvan Xanlığı (keçmiş Azərbaycan xanlıqlarından biri) hazırda Ermənistanın paytaxtı olaraq tanınmaqdadır.

Firuzə Alimova

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Araşdırma, Foto xəbər

Müzakirə

A24.Az