Türkiyədə azərbaycanlı qadınları fahişəliyə cəlb edənlər saxlanıldı

Türkiyədə azərbaycanlı qadınları fahişəliyə cəlb edənlər saxlanıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyədə Azərbaycan və digər iki ölkənin qadınlarını fahişəliyə cəlb etdiklərinə görə, 6 nəfər həbs olunub. “A24.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis Türkiyənin Dənizli vilayətinin Pamukkala və Karahayıt məhəllələrində 10 ünvana təşkil etdiyi əməliyyat zamanı Rusiya Federasiyası, Gürcüstan və Azərbaycan vətəndaşı  olan 65 qadını fahişəliyə məcbur etdiyi iddia edilən 35 adamı saxlayıb. Qadınları fahişəliyə məcbur etdikləri iddia edilən şəxslərdən 27-si polisin izahatı alındıqdan sonra sərbəst buraxılıb. Məhkəməyə sövq edilən şübhəlilərdən İ.O. (34), Ş (35), H.Ç. (33), F.K. (39), F.K. (42), M.Ç. (43) Türkiyənin Cinayət Məcəlləsinə görə, “Fahişəliyə təşviq, vasitəçilik və yer təmin etmək” günahından həbs olunub. Məhkəmənin qərarı ilə həbs edilənlərin, şübhəlilərin evlərində edilən axtarış zamanı həmin şəxslərə aid 2 sənədsiz tapança, 4 ov tüfəngi və 50 fişəng ələ keçirilib.

Amid

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya

Müzakirə

A24.Az