Türkiyədə baş verən yanğında 3 azərbaycanlı ağır yaralandı

Türkiyədə baş verən yanğında 3 azərbaycanlı ağır yaralandı
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Samsun şəhərində baş verən yanğında bir ailədən  3 nəfər ağır  yaralanıb.

A24.Az xəbər verir ki, onlar azərbaycanlılardır.

Baş verən yanğında 49 yaşlı Etibar, 45 yaşlı Aynur və Giresun Universitetində təhsil alan 19 yaşlı Murad Allahverdiyevlər ağır xəsarət alıb.

Havza Dövlət Xəstəxanasında yaralılara tibbi yardım göstərilib. Vəziyyətləri ağır olduğundan  Murad tibbi helikopterlə, Aynur və Etibar Allahverdiyevlər isə quru yolu ilə Samsunda başqa bir xəstəxanaya köçürülüb.

İlkin ehtimala görə, yanğına səbəb elektrik sobasının divardan asılan hissəsinin aşırı qızması olub.

Nərmin Kərim, MTM 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar