Türkiyədə dövlət çevrilişinə cəhd edən 23 hərbçiyə ömürlük həbs cəzası verildi

Türkiyədə dövlət çevrilişinə cəhd edən 23 hərbçiyə ömürlük həbs cəzası verildi
Want create site? Find Free WordPress Themes and plugins.

Ankara məhkəməsi çevriliş cəhdi işi üzrə 23 hərbçini ömürlük həbs cəzasına məhkum edib.

A24.Az-ın“Anadolu”ya istinadən verdiyi xəbərə görə, hərbçilər çevriliş cəhdi zamanı ölkədəki konstitusiya quruluşunu dəyişməkdə,  Türkiyə prezident administrasiyasının rəhbəri Fəxri Kasırqanı zorla saxlamaqda ittiham olunublar. Onlar F.Kasırqanı zorla təcili yardım avtomobilinə mindirərək qiyamçıların qərargahının yerləşdiyi “Akıncı” aviabazasına aparıblar.

26 müttəhimdən 23-ü ömürlük həbs cəzasına məhkum edilib, iki nəfər bəraət qazanıb, prezident qvardiyasının komandanı polkovnik Muhsin Qüdsi Barış 12 il azadlıqdan məhrum olunub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar