Türkiyədə faişəliyə cəlb olunan Lamiyə danışdı -"Yalvardım ki bakirəyəm"

Türkiyədə faişəliyə cəlb olunan Lamiyə danışdı -“Yalvardım ki bakirəyəm”
Want create site? Find Free WordPress Themes and plugins.

Lamiyə Ağayevanın (ad-soyad şərtidir) həyat hekayəsini danışacağıq. Redaksiyamıza məktubla müraciət edən Lamiyə xanım iki il öncə başına gələn hadisəni danışır…

“Mənə dedi ki, gündə 3-4 kişini razı salmalısan…”

“1991-ci ildə Lənkəranda doğulmuşam. Ailəm çox imkansız idi. Artıq 24 yaşa çatmışdım. Rayon yerlərində bilirsiz də necədir, bu yaşda bir qızın hələ də ata evində qalmağı, valideynlərimə az qalsın, böyük bir dərd idi. Qız yükü, duz yükü deyən, anam elə hey fikir edirdi ki, Lamiyə evdə qaldı… Orta məktəbi də zorla, birtəhər bitirmişdim. Anamın Bakıda yaşayan bibisinin oğlu Akif (ad şərtidir-red) anama dedi ki, sən narahat olma, Türkiyədə bir dostum var, Lamiyəni ona ərə verəcəyəm. Nə isə, evdəkilərlə danışdı, məni özü ilə Bakıya gətirdi ki, bir az burada qalım, daha sonra dediyi türkiyəli ilə tanış edib, evləndirsin. Bakıya gələndən sonra bir neçə gün ərzində mənə xarici pasport alıb, Türkiyəyə, İstanbula apardı. İstanbulda bir evə getdik, qapını bir qadın açdı. Həmin qadın Azərbaycan dilində danışmağa başladı, bildim ki, həmyerlimizdir. Sonra getdikcə, mənə hər şey aydın oldu. Sən demə, anamın bibisi oğlu məni Türkiyəyə insan alverinə cəlb etmək üçün gətiribmiş. Ayağımın altından yer qaçdı… Nə qədər ağladım, sızladım, yalvardım, mənə qulaq asan olmadı. Akif məni döydü, Südabə adlı qadın isə dedi ki, bundan sonra bu həyata alışmalsan. Çünki gün ərzində 3-4 müştərini yola salmaq lazım gələcək…

“Qarşısında diz çöküb, dedim ki, mənə toxunma, bakirəyəm”

Növbəti gün evə bir kişi gəldi, onlar məni həmin adamla cinsi əlaqəyə girməyə məcbur etdilər. Lakin mən yenə də müqavimət göstərdim. Mətbəxə qaçdım, bıçağı götürdüm ki, yaxın gəlməyin, yoxsa özümü öldürəcəyəm. Akif gözlənilmədən yaxınılaşıb, bıçağı əlimdən aldı, və məni möhkəmcə əzişdirdi.
Səhəri gün evə başqa bir müştəri gəldi. Məni onunla eyni otağa saldılar. Həmin adam, mənə yaxınlaşmaq istəyəndə, qarşısında diz çöküb, ağlamağa, yalvarmağa başladım ki, mənə toxunmasın. Ona dedim ki, səni and verirəm Allaha mənə əl vurma, bakirəyəm, aldadılaraq bura gətirilmişəm. Həmin şəxs xeyli mənə baxdı, sonra otaqdan çıxdı.
Sən demə, gedib Südabəyə deyib ki, bu qızın pulu nə qədərdir, ödəyib, onu almaq istəyirəm. Akif isə pul söhbəti eşidən kimi, türkə “qiymət oxuyub”. Deyib ki, 10 min TL pul verməlisən.

“10 mini verməsən Lamiyəni pul qarşılığında satacayıq”

Türkiyə vətəndaşının adının Emre olduğunu sonra öyrəndim. O, pulun bir hissəsini ödəyib, deyib ki, qızı mənə verin, qalan məbləği də qısa vaxtda çatdıracağam. Lakin onlar razılaşmayıblar. Uzun mübahisələrdən sonra Emreyə vaxt veriblər, əgər pulu tam çatdırmasan, qızı müştərilərə satacağıq. Emre də onlardan bir həftə vaxt alıb, mənə bu vaxt ərzində toxunulmayacağına dair razılıq alıb”.

“Dindirilmədə üzümə dayandı ki, səni ərə vermişəm”

Lamiyə deyir ki, Emre pulu deyil, başqa bir çıxış yolu tapıb:

“Emre onları polislə hədələdi. Onlar bundan da qorxmadılar. Məni heç cür vemək istəmirdilər. Lakin günün birində oyandım ki, evdə təkəm, Südabə ilə Akif qaçıblar. Emrenin köməkliyi ilə Azərbaycanın Türkiyədəki Səfirliyinə və polisə müraciət etdik. Vətənimə qayıtdım, bura gələndən sonra Mehriban Zeynalovanın sığınacağında qaldım. Mənə çox köməkləri dəydi. Burada DİN əməkdaşlarının sayəsində həmin qadınla, qohumuma Akif cinayət məsuliyyətinə cəlb olundu. O, dindirilmədə üzümə dayandı ki, mən səni Emreyə ərə vermək üçün Türkiyəyə aparmışdım. Mən ona dedim ki, yalan danışma, sən məni Emreyə pulla satdın. Ondan əvvəl isə fahişəliyə məcbur etmişdin. Şükür ki, haqq-ədalət bərqərar oldu. Onların hər ikisi cəzalarını aldı. Hekayəmdə maraqlı məqam isə bir müddətdən sonra Emrenin mənə evlilik təklif etməsi oldu. Bütün bu proseslər vaxtı bizim aramızda yaxınlaşma olmuşdu, qığılcım yaranmışdı. Onun anası buraya gəldi, Lənkəranda məni valideynlərimdən istədi. Artıq 2 ildir ki, Türkiyəyə gəlin köçmüşəm, İstanbulda yaşayıram. Bir qız övladım da dünyaya gəlib, çox xoşbəxtəm. Qadınlara demək istəyirəm ki, cahil olmasınlar, oxusunlar, tələsik, kimə gəldi, necə gəldi, ailə qurmaq eşqinə düşüb, ərə getməsinlər. Mən başıma gələnlərdə yalnız özümü məsuliyyətli tuturam. Vaxtında oxusaydım, təhsil alsaydım, kiminsə boş sözlərinə aldanıb, başıma gələn olayları da yaşamış olmazdım… Yenə də şükür ki, qarşıma Emre kimi məni sevən və qayğıma qalan kişi çıxıb”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, insan alveri problemi bütün dünyada mövcuddur:

“Azərbaycanda isə bir sıra qeyri-hökumət təşkilatları DİN-lə birlikdə bu problemə qarşı fasiləsiz mübarizə aparır. DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi “Təmiz Dünya” ilə birgə bir sıra tədbirlər keçirir. Biz əsasən rayonlarda iş aparırıq. Mütəmadi olaraq, bir sıra rayonlarımızda Şamaxı, Göyçay, Gəncə, Mingəçevir və Şəmkirdə maarifləndirmə tədbirləri keçiririk. Beynəlxalq hesabatlarda Azərbaycan insan alverində “mənbə ölkə” olmaqla yanaşı, eyni zamanda məcburi əmək və cinsi istismara məruz qalmış insanların daşınmasında tranzit ölkə kimi də tanınmaqdadır. Hətta Səhiyyə Nazirliyində qurbanlara tibbi xidmət üçün xüsusi iş görülür. Bir neçə il əvvəl bu problemin varlığı barədə eşitmək belə istəmirdilər və qeyd edirdilər ki, bu məsələlər milli mentalitetimizə yaddır. Biz qadınların psixoloji və hüquqi yardım almaları üçün “qaynar xətt” də təşkil etmişdik. Qeyd edim ki, “qaynar xətt”ə müraciət edənlərin sayı kifayət qədər çoxdur. Onlar təkcə insan alverinin qurbanları deyil, eyni zamanda ailədaxili zorakılıqdan əziyyət çəkən qadınlardır. Onların arasında gənc qadınların sayı çoxluq təşkil edir. Azərbaycanın özünəməxsusluqları var ki, bu sahədə mübarizəyə əngəllər törədir. Məsələn, insan alverinin qurbanları arasında ailədaxili zorakılıqdan əziyyət çəkənlər kifayət qədərdir. Amma bunu həmişə etiraf etmirlər. Bizə müraciət edənlərə isə köməyimiz dəyir. Məsələn, bu il bizə üz tutan bir çox qadına dəyən maddi ziyanın məhkəmə yolu ilə ödənilməsinə, cinayətkarın məsuliyyətə cəlb edilməsinə nail olmuşuq. İnsan alveri qurbanı olan bir neçə qadını peşə məktəbinə göndərdik ki, hansısa bir ixtisasa yiyələnsinlər. Bu yolla onlar cəmiyyətə daha asan adaptasiya olunurlar.
Onu da əlavə edim ki, insan alveri ilə bağlı faktların daha çox rast gəlindiyi bölgələr isə əsasən Gəncə, Şirvan, Mingəçevir, Xaçmaz və cənub rayonlarıdır. Qadınlarla bərabər, kişilər də trafikinqlə rastlaşırlar. Ancaq onların istismarı əmək xarakterli olur. İnsan alverinin qurbanı olan kişilər isə bu barədə susurlar. Bu səbəbdən də indiyə qədər ölkəmizdə çox az fakt qeydə alınıb. Bizdə olan məlumata görə, Zaqatalada kişilər arasında insan alveri kifayət qədər geniş yayılıb”.//Xalq

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar