Türkiyədə həbs olunanların sayı 10 minə çatır

Türkiyədə həbs olunanların sayı 10 minə çatır
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyədə dövlət çevrilişi cəhdinə görə həbs olunan şəxslərin sayı 10 minə çatır. İyulun 26-dək 9 min 56 nəfər həbs edilib.

“A24.az” “transparency.az”a istinadən bildirir ki, həbsə düşənlərin 143-ü generaldır.

3 min 168 polkovnik və aşağı rütbəli zabit, daha 1181 hərbi qulluqçu, 736 kursant haqqında həbs qərarı verilib.

Tutulan şəxslərin 1348-i hakim, 737-si prokurorluq işçisidir.

918 polis həbs edilib. Məmur və ictimai sektordan 825 nəfər həbsə alınıb.

Xatırladaq ki, iyulun 15-i gecə Türkiyədə bir qrup hərbçi hakimiyyəti ələ almaq təşəbbüsü göstərib. 350-dək adamın həlak olması, 3500-dən çox adamın yaralanması ilə nəticələnən qiyam yatırılıb.

Hakimiyyət çevriliş cəhdinin ABŞ-da mühacirətdə olan islamçı alim Fətullah Gülənin planı olduğunu iddia edir.

İyulun 21-də Türkiyədə 3 aylıq fövqəladə vəziyyət tətbiq olunub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar