Türkiyədə sevgilisini bıçaqlayaraq öldürən azərbaycanlı qadının körpəsi də öldü – TƏFƏRRÜATLAR - VİDEO

Türkiyədə sevgilisini bıçaqlayaraq öldürən azərbaycanlı qadının körpəsi də öldü – TƏFƏRRÜATLAR – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Konyada 9 aylıq körpəsini boğmağa çalışdığı iddiası ilə 34 yaşlı sevgilisini 7 yerindən bıçaqlayaraq öldürən azərbaycanlı qadının övladı dünyasını dəyişib.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, 27 yaşlı Aysel Eshmenin xəstəxanada müalicə alan Emir Ayaz adlı oğlunun həyatını edilən bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, dekabrın 1-də baş verən hadisədə Aysel 9 aylıq oğlunu 2 aydır birlikdə yaşadığı sevgilisinin yanına qoyaraq bara gedib. Sevgilisi Ümit Göker gecə yarısı uşağın divandan yıxıldığını deyərək tez onu xəstəxanaya çatdırıb. Müayinə olunan körpənin həyati təhlükəsi olduğu üçün onu reanimasiya şöbəsinə alıblar. Həkimlər uşağın vəziyyəti ilə əlaqədar Ümit Gökerdən şübhələnib və onu nəzarət altına götürüb. Lakin polis şöbəsində verdiyi ifadəsindən sonra 34 yaşlı Ümit sərbəst buraxılıb.

Daha sonra xəstəxananın həyətində sevgilisi ilə üz-üzə gələn azərbaycanlı qadın üzərində gəzdirdiyi bıçaqla onu 7 yerində vuraraq öldürüb.

Cinayət hadisəsindən sonra nəzarət altına alınan Aysel jurnalistlərin “Sevgilinizi niyə öldürdünüz?” sualına “Uşağımı adyalla boğub. Həkimlər uşağın havasız qaldığını, beyninə oksigenin getmədiyini dedi. Ona görə etdim. Peşmanam” deyib.

Polis şöbəsində ifadəsi alındıqdan sonra azərbaycanlı qadın ədliyyəyə aparılarkən “Övladım xəstəxanada yatır. Uşağımın gözlərini açması üçün sülələsi dua etsin” deyib. Onun bu danışığından sonra 9 aylıq körpəsi müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Beyin cərrahiyyəsində müalicə olunan körpənin düşdüyü üçün beyin qanaması keçirdiyi və öldüyü məlum olub.

“A24.az” Türkiyə mediasında yayımlanan videogörüntüləri təqdim edir:

Firuzə Alimova / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Kriminal, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar