Türkiyədə terror təhlükəsi artır

İngiltərənin Xarici İşlər Nazirliyinin əcnəbi ölkələrə səyahətlə bağlı xəbərdarlıqları qeyd edilən səhifəsində, 16 sentyabrdan etibarən təhlükəsizlik səbəbilə Türkiyədəki səfirliyin bağlı olacağı elan edildi.

 

“A24.az” xəbər verir ki, səfirliyi bağlama qərarının qəbul edilməsinə səbəb olan mövzu ilə bağlı dəqiq məlumat verilmir. İngiltərə bir müddətdir ki, vətəndaşlarına Türkiyənin sərhəd bölgələrinə səyahət etməmələrini və bəzi bölgələrə isə çox zərurət olmadıqda getməmələrini tövsiyə edir.
ingiltere-isidin-tehdit-videosunu-inceliyor-280434
Almaniyada dərc edilən “Bild” qəzeti, mümkün təhlükə səbəbilə Türkiyədəki səfirlik, konsulluq və İstanbuldakı Özəl Alman Litseyini müvəqqəti olaraq bağladığını elan etmişdi. Qəzet, diplomatik missiyalara Qurban bayramı tətili əsnasında terror aktlarının olacağı ilə bağlı bəzi xəbərlər aldıqlarını, nümayəndəlikləri və məktəbin təhlükəsizlik məqsədilə bağlandığını yazdı.

Almaniya Xarici İşlər Nazirliyi isə xəbərə şərh yazmasa da Türkiyədəki diplomatik nümayəndəliklər və məktəbin bayram tətili boyu bağlı olacağını bildirdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR