Türkiyədə yeni yaradılan partiyanın qurucuları arasında 2 ERMƏNİ VAR: "Erməniyəm, əsla özümü gizlətmərəm"

Türkiyədə yeni yaradılan partiyanın qurucuları arasında 2 ERMƏNİ VAR: “Erməniyəm, əsla özümü gizlətmərəm
Want create site? Find Free WordPress Themes and plugins.

Akşenerin partiyasının qurucuları arasında yer alan Almas Giraqos verdiyi reportajda “Allahımı tanımıram, kilsəyə gedərəm” deyib.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ-nün dövlət çevrilişinə cəhdindən əvvəl çevrilişçilərin şüarlarına bənzəyən fikirlər işlədən və təkidlə “Baş nazir olacağam” deyən Meral Akşener MHP-dən çıxarılan bəzi şəxslərlə birləşərək “Yaxşı Partiya”sını qurdu.

Meral Akşener

Lakin Akşenerin partiyasının qurucuları arasında yer alan 2 erməni sima isə diqqətlərdən yan qaçmayıb.

Ermənistanda yayımlanan qəzetlərin də gündəmə gətirdiyi 2 simadan biri olan Almas Giraqos 2014-cü ildə “Agos” qəzetinə verdiyi müsahibəsində Meral Akşener ilə münasibətlərinin çox gözəl olduğuna diqqət çəkmişdi.

Almas Giraqos

“Meral xanım kilsələrimizi ziyarət edir”

Giraqos “Meral xanım bayramlarımızda kilsələrimizi ziyarət edir, oturub birlikdə söhbət edirik, onu çox sevirik. Sonuncu görüşümüzdə mənə “qızım” deyə müraciət etdi” ifadələrini işlədib.

Elmas Giraqos “İnanclı biriyəm, Hər bazar günləri kilsəyə gedirəm, Allahımı tanıyıram. Mən erməniyəm, əsla özümü gizlətmərəm. Türk vətəndaşıyam, amma irqim ermənidir. Vətənimi, bayrağımı sevirəm və Türkiyədə yaşamaqdan, Atatürkün övladı olmaqdan qürur quyuram” sözləri ilə günlərlə gündəm olmuşdu.

“Yaxşı Partiya”nın qurucularından Giraqos Meral Akşenerin terror təşkilatının başçısı Abdullah Öcalan haqqında “erməni dölüdür” dediyini xatırladaraq “terrordan qaynaqlanaraq belə deməsi mümkündür. Özü də eyni zamanda sabiq xarici işlər naziri olub. Qardaşı şəhid olduğu üçün həssasiyyətdən dolayı belə deyə bilər. Qadınlar daha həssas olurlar” deyə qeyd etmişdi.

Partiyada ikinci erməni adı…

Ermənistan mediasında çıxan xəbərlərə görə, “Yaxşı Partiya”sının qurucuları arasında yer alan ikinci erməni sima isə Taylan Yıldızdır.

Taylan Yıldız “Google”dakı işindən ayrılaraq Meral Akşenerin qrupuna qatılıb.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Siyasət, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar