Türkiyəli bələdiyyə sədri Xocalını andı

Türkiyəli bələdiyyə sədri Xocalını andı
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov  Keçiörən Bələdiyyəsinin sədri Mustafa Ağla görüşüb. “A24.az”ın  paytaxt Ankarada çıxan “Başkent” qəzetinə istinadən xəbər verir ki, görüşdə F.Bağırov Keçiörəndə olmaqdan məmnun olduğunu ifadə edib: “Hər gəlişimdə gözəl inkişaf görürəm. Rayonunuzun əhalisinin sayı artıb, buna görə də canlanma, hərəkət var. Allah işlərinizi uğurlu eləsin. Yeni uğurlara imza atmanızı diləyirəm. Biz də sizin Keçiörən üçün etdiyiniz xidmətləri görüb sevinirik”.

Azərbaycana hər zaman dəstək verdiyi üçün Mustafa Ağa təşəkkür edən Bagırov “dəstəyiniz bizə ayrı bir güc qatır”,-deyib.

Səfirin ziyarətindən məmnun olduğunu dilə gətirən M. Ağ isə, “Bura sizin evinizdir. Keçiörənlilərin həyat keyfiyyətini artırmaq üçün sıx bir şəkildə çalışırıq. Vətəndaşlarımızın ehtiyaclarına istiqamətlənmiş xidmətlər göstərməyə diqqət yetiririk”,-deyib.

Xocalı soyqırımının ildönümünün yaxınlaşdığını xatırladan M. Ağ bildirib ki, ötən il  Keçiörəndə  Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı azərbaycanlı  qardaşlarımıza  yaşadığı acını əbədiləşdirdi və bu vəsilə ilə iki ölkənin əlaqələrini bir daha gücləndirdi: “Acıların qabağında dimdik durduğumuzu dost-düşmənə göstərdi. Həmişə yanımızda dost və Azərbaycan xalqını görmək keçmişdə olduğu kimi, gələcəkdə də bizim əsas gücümüzü formalaşdırmağa davam edəcək”.

Görüşün sonunda F.Bağırov Mustafa Ağa  Azərbaycan musiqi aləti olan tar, kaman və dəf maketi hədiyyə edib.

Ağ da öz növbəsində qonaqlarına  Ümrə ziyarətindən gətridiyi Zəmzəm Suyu və xurmaları  təklif edib.

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar