Türkiyəli milyarder azərbaycanlıları aldatdığı üçün həbs olundu

Türkiyəli milyarder azərbaycanlıları aldatdığı üçün həbs olundu
Want create site? Find Free WordPress Themes and plugins.

Ankaralı milyarder Ali Osman Kutanoğlu 3 azərbaycanlı iş adamının 1 milyon 240 min avro pulunu  mənimsədiyi üçün həbs olunub.

“A24.az”ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, 41 yaşlı türkiyəli milyarder 2002-ci ildə Azərbaycanda ali təhsil aldığı illərdə azərbaycanlı iş adamları R.E, Ş.E. və E.F.A ilə tanış olub. İddiaya görə, türkiyəli milyarder 2015-ci ildə azərbaycanlı iş adamlarına Ali Ağaoğlunun tikdirdiyi mənzilləri alıb yenidən sataraq, Almaniyadan lüks avtomobil ticarəti gerçəkləşdirərək külli miqdarda pul qazanacaqlarını söyləyib.  Bu təklifə müsbət baxan azərbaycanlı iş adamları Ali Osmanın təklifi ilə razılaşıb və bir il ərzində ona 1 milyon 240 min avro pul veriblər.

İrəli sürülən digər iddialara görə, Ali Osman Kutanoğlu azərbaycanlı iş adamlarına razılığa gəldikləri işləri edəcəyini söyləyərək uzun müddət onların başını qatıb. Aldığı pulları da geri vermək haqqında fikirləşməyib. Verdikləri pullardan ümidlərini kəsən azərbaycanlı iş adamları İstanbula gələrək Ali Osman Kutanoğlu haqqıdna polisə şikayətçi olublar. Bundan başqa azərbaycanlı iş adamları Azərbaycanın Ədliyyə Nazirliyinə də müraciət ediblər. İnterpol da Kutanoğlu haqqında axtarış elan edib.

Axtarışlar nəticəsində Ali Osman Kutanoğlu Ankarada nəzarət altına alınaraq İstanbula gətirilib. Verdiyi ifadəsində pulları aldığını qəbul edən milyarder haqqında edilən şikayətlərlə razılaşmayıb, bəzi problemlərdən dolayı layihəni həyata keçirə bilmədiyini irəli sürüb.

İstanbul Baş Prokurorluğunun qərarı əsasında Ali Osman Kutanoğlu həbs olunub.

Firuzə Alimova / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar