Türkiyəli siyasətçilər verilişdə oturub ürək dolusu Azərbaycandan danışdılar – VİDEO

Türkiyəli siyasətçilər verilişdə oturub ürək dolusu Azərbaycandan danışdılar – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyədə kanallardan birində yayımlanan verilişdə iki siyasətçi söhbət əsnasında Azərbaycan tarixindən danışarkən xatirələrini də paylaşıblar.

“A24.az” bildirir ki, qarşı-qarşıya oturaraq səmimi şəkildə söhbət edən hər iki şəxs Ənvər Paşanın Azərbaycanın böyük qəhrəmanı olduğunu və nə zaman onların başı darda olarsa, Türkiyənin köməyə gedəcəyini, Türkiyənin də başı darda olarsa, Azərbaycanın köməyə gələcəyini qeyd ediblər.

“Azərbaycan məzhəb olaraq şiədir, lakin milli türklük şüuru daha güclüdür və İrandakı türklər kimi deyillər, bizə İrandan daha yaxındırlar”.

Daha sonra tarixçi kimi tanınan Turqut Gülər isə 20 nəfərlik heyətlə kəndli bir qadın tərəfindən Azərbaycanda necə qonaq edildiyindən, onlara necə süfrə açıldığından danışıb.

“A24.az” sözügedən videogörüntüləri təqdim edir:

Firuzə Alimova / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Media, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar