Türkiyənin baş naziri ABŞ-a səfər edəcək

Türkiyənin baş naziri ABŞ-a səfər edəcək
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-a səfər edəcək.

A24.Az xarici mətbuata istinadən xəbər verir ki, səfər zamanı regional məsələləri müzakirə ediləcək. Bildirilir ki, səfər noyabrın 7-də baş tutacaq.

Gözlənilir ki, iki ölkə arasındakı əlaqələrdə ortaya çıxan böhran və Fəthullah Gülənin təhvil verilməsi məsələsi müzakirə olunacaq.

Bir müddət əvvəl ABŞ Türkiyədəki Baş Konsulluğunun işçisinin həbsinə görə Türkiyə vətəndaşı üçün vizaların verilməsini dayandırıb.

Baş konsulluğun bir işçisinin həbsini şərh edən türk rəsmiləri, Türkiyədəki bir zərbə cəhdində iştirakla günahlandırılan Fəthullah Gülən hərəkatı ilə əlaqəli olduğunu qeyd etmişdilər.

Türkiyə də öz növbəsində, ABŞ vətəndaşları üçün vizaların verilməsini dayandırıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar