Türkiyənin Baş nazirliyindən ABŞ-a Afrin ilə bağlı xəbərdarlıq

Türkiyənin Baş nazirliyindən ABŞ-a Afrin ilə bağlı xəbərdarlıq
Want create site? Find Free WordPress Themes and plugins.

Afrində terroristlərə dəstək gələrsə vuracağıq.

A24.az xəbər verir ki, Baş nazirin müavini Bozdağ Zeytun budağı əməliyyatı zamanı Afrinə YPG və PYD qüvvələrinə hər cür silah və sursatla dəstək verənləri vuracağıq.
Baş nazir Binali Yıldırım başçılığı ilə Çankaya Köşkündə dünən Nazirlər Şurasının görüşü baş tutub. Baş nazir müavini və mətbuat katibi Bəkir Bozdağ Nazirlər Kabinetinin təşkil etdiyi mətbuat konfransında bunları bildirib:

“Zeytun budağı hərəkatı başlamazdan əvvəl rus səlahiyyətlilərlə bir çox mövzu müzakirə edildi və hava sahəsinin istifadə edilməsi ilə bağlı razılıq əldə edildi. O gündən bu günə döyüş təyyarələrimiz, İHA-larımız Afrin bölgəsində hava sahəsindən effektiv şəkildə istifadə edir. Hələ də davam edir.

Tankımızı vuran silahın kimlərə məxsusu olması…

Bəzi konkret məlumatlar əldə etmişik, lakin yoxlamalar hələ davam edir. Dəqiq məlumat əldə etdikdən sonra açıqlama verəcəyik.
Holladiya ilə yaşanan böhran

Hollandiyadakı səfirimizi Türkiyəyə çağırdıq. Holland səfirinin də Türkiyəyə gəlməməsini istədik. 1 ildir Hollandiyanın Ankaradakı səfiri onsuz da yoxdur, olmayan səfirlərini rəsmi olaraq geri çəkdiklərini açıqlamışlar, bu bizim üçün yeni bir şey deyil.

Suriyanın harasında olursa olsun, Afrin bölgəsinə nəql ediləcək hər cür silah, sursat Türkiyənin hədəfidir. Biz onları görəcəyimiz yerləri vuracağıq, məhv edəcəyik və ya təslim alacağıq.

A24.az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar