Türkiyənin bu hissələrinə zərbə vuracaqdılar - Türk ordusunun dünyada analoqu olmayan əməliyyatı 

Türkiyənin bu hissələrinə zərbə vuracaqdılar – Türk ordusunun dünyada analoqu olmayan əməliyyatı
Want create site? Find Free WordPress Themes and plugins.

PKK terror təşkilatı təxminən bir il əvvəl cənub-şərqi Anadoludakı bir çox ərazilərdə kök ataraq  özünüidarə elan etməyə başlamışdı.

Bir-birinin ardınca gələn özünüidarə elanları ilə PKK çöllərdəki kadrlarını şəhərlərə istiqamətləndirdi. “Şəhər savaşı” üçün ərzaq və sursat yığdı. Cənub-şərqdəki 10 rayon və rayon mərkəzində barrikadalar quran terror təşkilatı yollara bombalardan tələlər qurdu.

Terrorun kənddən şəhərə sızmasıyla PKK-ya qarşı mübarizə yeni mərhələyə keçdi.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ilin əvvəlindən Türkiyə Silahlı Qüvvələri və  hüquq-mühafizə orqanlarının birgə keçirdiyi əməliyyat nəticəsində şəhər mərkəzləri və dağlar PKK terrorçularından təmizlənib.

Bu prosesdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi, həmin dövrün baş naziri Əhməd Davudoğlunun 2015-ci ilin avqustunda valilərə səlahiyyət verməsi ilə təhlükəsizlik qüvvələrinin hərəkətə keçməsi sürətləndirilib.

TSK-nın təşkilatçılığıyla “müştərək təhlükəsizlik konsepsiyası və məskun mahal strategiyası” tətbiq edən təhlükəsizlik qüvvələri dünyada çox nadir hallarda baş verə biləcək bir uğura imza atıb.

Bu ilin əvvəlindən bəri hazırlanan xəritədən də göründüyü kimi, PKK terror təşkilatı demək olar ki, silinib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə, Gündəm, Dünya, Siyasət, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar