Türkiyənin sonuna çıxan qorxunc olay : Kosmik otağı  açdılar , 800-dən çox türk agenti öldürüldü 

Türkiyənin sonuna çıxan qorxunc olay: Kosmik otağı  açdılar , 800-dən çox türk agenti öldürüldü 
Want create site? Find Free WordPress Themes and plugins.

A24. Az türkiyəli yazar Nazim Pekerin 15 iyul hadisələri ilə bağlı köşə yazısını təqdim edir:

Yaşımdan və demokratiya anlayışımdan dolayı hər cür terror və inqilaba qarşıyam. Mənə görə, hər cür istək demokratik yolla, seçkilərlə yerinə yetirilə bilər.

15 iyul 2016-cı il tarixində Atatürkə qarşı olan, ağlını bir axmağın “ağzından sızan tüpürcəy”ə satmış, sözdə zabitlər tərəfindən bir çalışma həyata keçirildi. Bu oldu və gerçəkdir.

Lakin çalışmanın gizli tərəfləri də var. Bunu kimə qarşı etdilər? Türkiyə Cumhuriyyəti dövlətinə, onun hökumətinə qarşı deyilmi? Hökumət və vəzifəliləri deyil mi?

Bir hökumət düşünün ki, özünə qarşı edilən inqilabı araşdırılmasını istəmir və  əngəlləyir…

Başbuğ açıqlayır: Türkiyə Silahlı Qüvvələrinin bir çalışma həyata keçirəcəyindən xəbərdar olan kimi saat 18:30 radələrində “havada nə qədər helikopter varsa hamısının təcili geri dönməsi və ikinci bir əmrə qədər də heç bir təyyarə və helikopterin hərəkət etməməsi” əmrini, ardınca “ Heç bir birlikdən heç bir şəkildə bir tankın belə küçəyə çıxmaması” əmrini verir. İki komandirini hərbi məktəbə və hava hərəkət dairəsinə göndərir. Bütün bu məlumatları 19:05-də Baş nazirin Koordinasiya və Dövlət Əlaqələndirmə mərkəzlərinə göndərir və ona bildirilir ki, məlumatlar ünvanına çatdı.

Lakin bu xəbərləri alan hər iki mərkəzdən heç bir səs-səda çıxmır və gərəkən edilmir.

Ordu imamı deyilən Adil Öksüz niyə qaçırılıb? İnqilab əmrini kim verib? Bu kimi suallar ağıllarda elə sual olaraq qalır. Niyə inqilabın Türkiyə Böyük Millət Məclisində araşdırlması Ədalət və İnkişaf Partiyası tərəfindən əngəllənir? Niyə 19:05- də bu inqilab məlumatları hər iki mərkəzə də bildirilməsinə baxmayaraq lazım olan edilmir? Deyəsən,  Kılıçdaroğlunun diqqət çəkməyə çalışdığı  tərəf də budur.

Kosmik otağa niyə girilmişdi?

Baş Qərargahın Kosmik otağı ölkənin keçmişi və gələcəyinin yaddaşı həmçinin  sığortasıdır. Bu otaqda ölkənin xarici kəşfiyyat təşkilatlarına yerləşdirdiyi kadrların siyahısı, bir hava hərakatında, ölkə miqyasında vəzifələndiriləcək şəxs, qurum və təşkilatın siyahısı, avadanlıq və materialların siyahısı, Türkiyə Silahlı Qüvvətlərinə xidmət edəcək yanacaqdoldurma məntəqələrinin siyahıları varmış.

Bu otaqda istintaq aparan hüquqşünas FETÖ-dən dolayı tutulduğuna görə, bu məlumatlar kimlərin əlindədir və kimlər bu məlumatları əldə edib?

Başbuğ “Kosmik otağa girildikdən sonra, xarici təşkilatlara yerləşdirdiyimiz 832-yə qədər əməkdaşımız vəzifəsindən azad olunub ki, əksəriyyəti öldürüləcək” deyir.

Bir türk olaraq “Kosmik otağa niyə girilmişdi?” sualını soruşmaq haqqım deyil mi?

Doğrudan niyə girmişdiniz bu otağa? Muradınıza çatdınızmı?

Qeyd: 1. Bu yazı İlkər Başbuğun 15 iyul 2017-ci il axşamı FOX Tv-yə açıqlamasına cavab olaraq yazılıb. 2. İnşAllah dövlətimiz lazımi tədbirlər görüb və bu məlumatlar pis niyyətlilərin və Türkiyə düşmənlərinin əlinə keçməyib.

A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar