Türkiyənin yaxın tarixi “Vizyontele” filmində – ARAŞDIRMA

 

maxresdefault-1Bu günlərdə türkiyəli sənətkar Yılmaz Ərdoğanının “Viziyontele“  filmini yenidən seyr etməli oldum.

Filmin qısa məzmunu bundan ibarətdir ki, Türkiyənin Van bölgəsinin ucqar bir qəsəbəsinə ilk dəfə televiziya gətirilir. Burdakı insanların  texnalogiyaya qarşı avamlığı üzərində qurulmuş ssenaridə: – ucqar qəsəbədə bir çox hadisələr baş verməyə başalayır. Qəsəbə bələdiyyə başqanlığının öndərliyində bir məkan çərçivəsində baş verən bir -birnin ardınca maraqlı detallar üzərində cərəyan edən hadisələr tarix olaraq Türkiyənin Yunanstanla qarşıdurma dönəminə təsadüf edir. Bu zaman bələdiyyə başqanın oğlu hərbi xidmətə yollanır. Qəsəbədə texnalogiyadan az-çox başı çıxan varsa, o da bir nəfərin sayəsində filimdə canlılıq qazanır. Ancaq bir məsələ var ki, ssenarinin mahiyyəti gərəyincə, bu texnologiyayla azacıq da olsa davrana bilən şəxs də olduqca avam və qəsəbə əhli tərəfindən qeyri-ciddi qarşılanan tənha yaşayan, bir az da səyliyi olan şəxsdir. Sözsüz ki, bu şəxsin avam və “dəli” olmsı filmin mövzusuna rəng qatmaq və hadisələrə katalizatorluq missiyası yükləməsi baxımından maraqlıdır. Sonda nələr olur. Heç bir kəsin televiziyayla davrana bilməməsi hər kəsi, eləcə də bələdiyyə sədrini dəlinin, ipləmənin üzərinə yönəldir. O da bir zamanlar radio təmiri ilə məşğul olsa da, hamı kimi ilk dəfə bu cihazın qarşısında matı-qutu qurumuş vəziyyətdə qalır. Özünü bilən kimi göstərəsə də, bir neçə dəfə gülüş obyektinə çevrilir. Hətta bəzilərinin dəhşətli lağlağısından bunalsa da, öz bildiyindən əl çəkmir. Nəhayət, belə qərara gəlir ki, televiziyanın göstərməsi üçün dağa çıxmaq lazımdır. Elə də edilir. Bütün qəflə- qatır hazırlıq işlərini tamamlayaraq  bələdiyyə sədrinin başçılığı ilə dağa çıxılır. Orda da  televiziyanın göstərməsi üçün çox cəhdlər edilir. Qəfildən qəsəbə görəvlilərinin birisnin düyməyə toxunması sayəsində televizor xışıldayır və fars dilində danışıqlar eşidilir. Sonucda sabaha qədər gözləyirlər və qəfildən televiziya göstərməyə başlayır.

Bu arada Kipr savaşı başlayır və  TRT kanalından xəbərlər yayımında şəhid düşən əsgərlər içində bələdiyyə sədrinin də oğlu göstərilir. Hamı bir anlığa da olsa donur. Ana o qədər qəzəblənir ki, sonda televiziyanı dəliyə verib dağa çıxır və orda məzar qazdırıb cihazı dəfn edir, üzərini torpaqlayır.

Bu filimdə bir neçə detalın üzərində durmaq gərəkdiyinin vacibliyini anlayıram.Müəllif bu filmdə türklərlə yunanların savaşını yabançıların, xristian aləminin, Avropa dünyasının başlatdığını, elə bu üzdən də bu cihazdan verilən xəbərin də məhz onlara aid olduğunu vurğulayır. Bu texnalogiya gəlmə olduğu kimi, o xəbərlər də, o facilər də gəlmələrin məhsuluydu. Ekrandan o dönəmin baş naziri Əcəvitin profildən sifətinin verilməsi və Əcəvitin Yavuz Sultan Səlimin rəsminə də eynən bənzəməsi Osmanlıya, keçmişə, tarixi bir dönəmə işarə etməsylə  yanaşı, 1974-cü ildə türklərin yunanlarla Kipr üzərindəki savaşının mahiyyətini də açıb gıstərir. Demək istəyir ki, bu torpaqlar şəhidlər hesabına qzanılıb və bu ənənə bu gün də davam edərək qələbəylə sonuclanmalıdır.

maxresdefaultFilmdəki qəsəbənin avamlıq sindromu düşündürücüdür. Müəllif elə bir yeri məkan seçib ki, bu məkan Van olaraq coğrafiya kimi bir çox etnik kimliklərə qucaq açır. Lazı, kürdü, türkü, çərkəzi, yunanı, yəhudisi… bir arada bulunaraq ortaq dəyərlərlə yaşayan belə bir yurdda, yalnız təhsillə anlaşmaq mümkündür. Tükiyəni bu gün bu kökə salan da ucqarlarda təhsilin, sossial vəziyyətin son dərəcə ağır olmasıdır. Cahillik ucbatından bu yerlərin insanları televiziyanı dağa qaldırdığı kimi, özlərini də silahlandırıb dağa qalxır və terroris olurlar. Özləri özlərini, qardaş qardaşı qırmaqla uğraşır. Hansı ki bu dağlar  bir zamanlar mədəniyyət daşıyıcılığı misssiyasını yerinə yetirb. Dağlar şərqin kosmik, ilahi energetikasının daşıyıcılığını bu insanalara məharətlə ötürüb. Bu dağların simasında peyğəmbərlər bu ucalıqlarda tənhalığa çəkilib və topluma hüzur, barış, sevgi, eşq gətirib. Bu gətirilən pay, bu müjdə mədəniyyətə keçərək etnosları irəliyə aparıb, fəthlərə təhrik edib. Imperiyalara sövq edib. Indi bu dağlar cahillik ucbatından qaçaqlara, quldurlara, baş kəsənlərə xarici güclərin təhrikiylə yuva olub.

Eləcə də ananın öz qisasını televiziyadan alması- onu dağda basdırmaqla -filmdə verilən mesaja yeni bir rəng, çalar qazandırır. Televiziya çağdaş dünyanın hər hansı bir toplumda bilgəsi, biləni, ağsaqqalı, öndərliyidir. Türk etnosu törəyə bağlıdır. Onun başbiləni, müjdəçisi kənardan gəlməməlidir. Gəldiyi təqdirdə şər gətirəcəkdir. Televiziya kimi. Içərisindən çıxmalı öz  içindən doğulub ona hər hansı müjdəni-pis ya yaxşı – verməlidir. Televiziya gələcəkdə kimə nə qazandıracaq, necə özününküləşəkcək,  bu başqa bir mövzudur. Ancq filimdəki konkret detallara dayanaraq demək olar ki, bir cəmiyyətə verilən hər türlü müjdə, xəbər onun qaynaq olaraq içindəkindən, özündən çıxmalı yayılmlıdır. Elə o sarıdan Avropanın elmi naliyyəti kimi ün salan televiziya da türk cəmiyyətinə kənardan gəldiyindən,(yəni bu və bu sıradan olan texnalogiyaları bizlər icad etmədiyimiz müddətcə)  bu şər xəbərlə, savaş və şəhidlər fonunda – qisas alınmalı, o yerlərə xaos soxulmalıydı. Bu ananın obrazında şüuraltı olaraq reallığa meydan oxuyan detalallardan biridir.

Ümumiyyətlə, bu filmi izləməyə dəyər.

x.telmanoğlu

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR