Türkiyənin yeni düşmənləri-  ŞƏRH

Türkiyənin yeni düşmənləri- ŞƏRH
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin yeni düşmənləri Avropa ölkələri Türkiyədəki diplomatik nümayəndəliklərini ard-arda bağlamaqdadırlar. A24.Az xəbər verir ki, Almaniyadan sonra Böyük Britaniya da terror ehtimalını əsas götürərək Türkiyədəki səfirliyini bağlayıb.

Xatırladaq ki, Almaniya Xarici İşlər Nazirliyi ölkənin Türkiyədəki səfirliyinin fəaliyyətini dayandırmasını mümkün terror hücumu ilə əlaqələndirmişdi. Almaniyanın bu addımını təkrarlayan Böyük Britaniya da Türkiyədəki səfirliyini bağlamasını terror ehtimalı ilə izah edib.

Toğrul İsmayıl- TOBB İqtisadiyyat və Texnologiya Universitetinin dosenti
Toğrul İsmayıl- TOBB İqtisadiyyat və Texnologiya Universitetinin dosenti

Almaniya və Böyük Britaniyanın timsalında Avropa ölkələrinin Ankaradakı səfirliklərini bağlamalarını A24.Az-a şərh edən TOBB İqtisadiyyat və Texnologiya Universitetinin dosenti Toğrul İsmayıl bu addımları Türkiyəyə qarşı təzyiqlərin tərkib hissəsi kimi qiymətləndirib:

“Bəli, bu ölkələrin Türkiyədəki səfirliklərinin fəaliyyətini dayandırması Türkiyəyə yönəlmiş təzyiqlərin başqa formada təzahürü hesab oluna bilər. Lakin həmin ölkələrin rəsmiləri səfirliklərin fəaliyyətini dayandırmasını terror hücumuna hədəf olmamaq məqsədindən qaynaqlandığını bildiriblər. Bu isə belə düşünməyə əsas verir ki, ola bilsin, adları çəkilən ölkələrin Türkiyədə yeni terror aktı hazırlanmasına dair məlumatları var. Amma fikrimcə, bütün hallarda səfirliklərin fəaliyyətinin dayandırılması daha çox Türkiyəyə təzyiq xarakteri daşıyır”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar