«Tvitter»ə yeni xüsusiyyət əlavə olunur

«Tvitter»ə yeni xüsusiyyət əlavə olunur
Want create site? Find Free WordPress Themes and plugins.

twitter«Tvitter»də daha bir yenilik

“A24.az” saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, «Tvitter» gündəmdən və maraq dairələrindən ayrılmamağınız üçün daha bir yenilik etdi. “iPhone”lardakı bu yeni xüsusiyyətlə artıq siz «Tvitter»ə daxil olmadığınız zaman da mühüm xəbərləri nəzərdən qaçırmayacaqsınız.

Gündəlik danışıqlar əsnasında dünyada bir çox şeyin baş verdiyini nəzərə alan «Tvitter», istifadəçilərinin gündəmdən və maraq dairələrindən ayrılmamaları üçün yeni xüsusiyyət əlavə etdi. İstifadəçilərin «Tvitter»ə daxil olmadıqları müddətdə nəzərlərindən yayınan bəzi “Top Tvit”ləri üzə çıxaran “Siz burada olmadıqda” (yəni “While you were away”) xüsusiyyəti sayəsində zaman tunelinizdə «Tvitter»də danışılanların xülasəsini görəcəksiniz.

Bu xülasə, bəzən «Tvitter»ə daxil olub nə baş verdiyini sürətli şəkildə görmək istəyən istifadəçilərin üzünü güldürəcək. Çünki həmin xülasə onların zaman tunelində «Tvitter»də çox vaxt keçirənlərdən daha çox yer alacaq.

«Tvitter»in hədəfi istifadəçilərin «Tvitter»də nə qədər zaman keçirdiklərinə vaxt itirmədən, dünyada baş verənlərdən geri qalmamalarına kömək edəcək. Bu məqsəd bloqda belə qeyd edildi: “Əsas səhifənin zaman tunelində aparılan bir neçə yeniliklə «Tvitter»in həqiqi zamanlı təbiətini pozmadan bu vədimizə daha sadiq olacağımıza inanırıq”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar