Avropa Şurası hələ düşünür…

Avropa Şurası hələ düşünür…
Want create site? Find Free WordPress Themes and plugins.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bugünkü plenar iclasında çıxış edən Avropa Şurasının (AŞ) baş katibi Tyorbyörn Yaqland assambleya üzvlərinin suallarını cavablandırıb.

“A24.az” məlumat verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva baş katibə sualla müraciət edib: “Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qurulmuş və beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan separatçı erməni rejimi tərəfindən bir neçə ay əvvəl girov götürülən azərbaycanlılar, məcburi köçkünlər Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normaları pozaraq insanlıqdan kənar əməllər həyata keçiriblər. Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı saxta məhkəmə quraraq onlara əziyyət və işgəncələr verməkdə davam edirlər və bu şəxsləri azad etməkdən imtina edirlər. Onların ailələri sizdən dəstək gözləyir. Onların girovluqdan azad edilməsi, azadlığa çıxması üçün bir baş katib kimi hansı addımlar ata bilərsiniz və ya atmağı planlaşdırırsınız?”

T.Yaqland suala cavabında bildirib ki, bu məsələ Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır: “Avropa Şurası indiyə kimi bu münaqişənin həllində heç bir rol oynamayıb. Bu məsələ ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Amma AŞPA-nın Avropada insan hüquqlarının vəziyyətinə dair qəbul etdiyi son hesabatında deyilir ki, biz “dondurulmuş” münaqişələr olan bölgələrdə öz alətlərimizdən istifadə edə bilmirik. İnsan hüquqlarının qorunması baxımından bu bölgələr bir növ qara dəliklərdir. Biz düşünürük ki, bu konkret məsələ ilə bağlı necə fəaliyyət göstərə bilərik, hansı töhfələrimizi verə bilərik? Hələlik biz heç nə edə bilmirik. Biz bu sahədə yalnız insan hüquqlarını qorumalıyıq. Amma münaqişə olduğundan, bu, çox həssas məsələdir. Mən yenə də əvvəlki kimi Konvensiyamızın “dondurulmuş” münaqişələrin mövcud olduğu bölgələrdə tətbiq oluna bilməməsinə təkidlə qarşı çıxıram. Avropada, o cümlədən, Dnestryanı bölgədə və Dağlıq Qarabağda insan hüquqları Avropa Konvensiyası və digər uyğun beynəlxalq sənədlərlə qorunmalıdır”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar