Üç avtomobil toqquşdu, beş nəfər xəsarət aldı

Üç avtomobil toqquşdu, beş nəfər xəsarət aldı
Want create site? Find Free WordPress Themes and plugins.

Mingəçevir-Xaldan avtomobil yolunda zəncirvari nəqliyyat qəzası baş verib, ağır xəsarət alanlar var.

A24.Az  APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Yevlax rayonunun Əkşəm kəndi ərazisində qeydə alınıb. Yevlax sakini Eldar Mustafayevə məxsus “Niva”, Şəki sakini Rüfət Ömərova məxsus “Toyota Corolla” markalı minik avtomobilləri Bakı-Mingəçevir marşurutu üzrə hərəkət edən “Mersedes” markalı mikroavtobusla toqquşub.

Hadisə zamanı Şəki sakinləri-1958-ci il təvəllüdlü Ömərova Seyram Mirzə qızı, 1974-cü il təvəllüdlü Ömərov Nicat Mirzə oğlu, 1958-ci il təvəllüdlü İsmaylova Gültəkin Atakişi qızı, 1977-ci il təvəllüdlü Ömərova Vəcihə Məcid qızı, Yevlax sakini 1952-ci il təvəllüdlü Mustafayev Eldar Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyi nəticəsində onların həyatı xilas edilib.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar