UEFA Azərbaycan və Ermənistanla bağlı qərarını verdi

UEFA Azərbaycan və Ermənistanla bağlı qərarını verdi
Want create site? Find Free WordPress Themes and plugins.

UEFA Avropa Millətlər Liqasının püşkatma prosedurunu təsdiqləyib.

A24.az-ın Apasport.az-a istinadən məlumatına görə, bu barədə qitənin ali futbol qurumunun İsveçrənin Nyon şəhərində keçirilən iclasında qərar verilib.

Püşk mərasimi 2018-ci il, yanvarın 24-də keçiriləcək. İsveçrənin Lozanna şəhərində baş tutacaq tədbirdə ümumilikdə 55 komanda 4 liqada mübarizəyə qoşulacaq.

Azərbaycan yığması özündən başqa 15 mümkün rəqibi ilə birlikdə D liqasında yarışacaq. Liqasının güclülərindən olan millimiz ilk səbətdə yer alıb.

16 komanda hərəsində 4 ölkə olmaqla 4 qrupda mübarizə aparacaq.

Maraqlıdır ki, UEFA siyasi konfliktdə olan dövlətləri də nəzərə alıb. Belə ki, həm D liqasındakı Azərbaycan və Ermənistan, həm də B liqasındakı Rusiya və Ukrayna eyni qrupa düşməyəcək.

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət, İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar